Dünya

Qazaxıstanda AN-2 Təyyarəsi sərt eniş edib

5 Fevral 2025, 21:5411
Reklam728x90
Reklam320x100

Kukruznik adlanan “An-2” təyyarəsi fırtınalı və qarlı hava şəraiti səbəbindən Qazaxıstanın Kostanay əyalətinin Arkalık şəhərindən 1,5 kilometr aralıda sərt eniş edib.

Avropa.info xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in mətbuat xidməti məlumat yayıb.

Hadisə Kostanay–Arkalık reysini həyata keçirərkən yerli hava limanı yaxınlığında baş verib. Məlumata görə, təyyarənin göyərtəsində iki pilot və iki həkim olub. 

Siqnal alandan sonra Kostanay əyalətinin Fövqəladə Hallar Departamentinin yanğınsöndürənləri və xilasediciləri dərhal hadisə yerinə göndəriliblər. Ekipaj üzvlərinin hamısı tez bir zamanda aşkar edilərək, Arkalık şəhərinə çatdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600