Manşet

Qaz axını İğdır-Naxçıvan xəttindən başlayıb

5 Mart 2025, 20:30120
Reklam728x90
Reklam320x100

Bu gün təməli Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi keçirilib.

İllik qaz nəqletmə gücü 500 milyon kubmetr olan xətt   tamamlandıqda 500 min əhalisi olan Naxçıvanın təbii qaza olan tələbatını ödəyəcək.

Prezident Ərdoğan və Əliyev 25 sentyabr 2023-cü ildə Türkiyə hissəsi 85 kilometr uzunluğunda olan İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin təməlini qoyub.

Ərdoğan və Əliyev Türkiyənin türk dünyasına qapısı olan Naxçıvanın bütün təbii qaz ehtiyacını ödəyəcək xəttin qaz axınını birgə işə salıb.

 

Beləliklə, “Türk qapısı” kimi qələmə verilən Naxçıvanın  enerji təchizatı təhlükəsizliyi  Türkiyə ilə təmin olunacaq.

Türkiyə və Azərbaycan enerji sahəsində əməkdaşlığı gücləndirəcək

Azərbaycan Naxçıvanın qaz təchizatının təhlükəsizliyini təmin etmək üçün 2020-ci ilin dekabr ayında Türkiyə ilə İğdır-Azərbaycan Təbii Qaz Boru Kəmərinin tikintisinə dair xoşməramlı saziş imzalayıb.

Layihə çərçivəsində  Şərqi Anadolu Təbii Qaz Magistral Ötürücü Xəttindən  götürülmüş  İğdır Təbii Qaz Boru Kəmərinin  davamı olaraq Naxçıvana 85 kilometrlik yeni boru xətti çəkilmişdir .

İllik təbii qaz nəqletmə gücü 500 milyon kubmetr olan boru kəməri istifadəyə verildikdə Naxçıvanın bütün təbii qaz tələbatını ödəyəcək.

Layihə Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi (TANAP) kimi strateji investisiyalardan sonra Türkiyə və Azərbaycanın birlikdə inşa edəcəyi üçüncü təbii qaz kəməri olacaq.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600