Dünya

Qəzzada atəşkəs razılaşması nə vaxt başlayır..?

18 Yanvar 2025, 21:175
Reklam728x90
Reklam320x100

Qəzza zolağında atəşkəs yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.-

Avropa.info-nun məlumatına görə, İsrail Baş Nazirinin ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail Müdafiə Qüvvələri girovların qaytarılması ilə bağlı razılaşmanı həyata keçirməyə hazırlaşır.

“İsrail ordusu qüvvələri sazişdə təsdiq edilmiş əməliyyat planına uyğun fəaliyyət göstərəcək. İsrail HƏMAS terror təşkilatı tərəfindən əsirlikdən geri qaytarılan azad edilmiş girovları qəbul etməyə hazırlaşır”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanvarın 17-də İsrail və HƏMAS ABŞ və Qətərin köməyi ilə girovların azad edilməsi ilə bağlı saziş imzalayıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600