29 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Putin Lavrovu Təcili Türkiyəyə göndərir

Fevral 23, 2025
Dünya
A A

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün Təhlükəsizlik Şurasının toplantısında “yaxın qonşularla və dostlarla” əlaqələri müzakirəyə çıxarıb.

Avropa.info xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və FSB direktoru Aleksandr Bortnikovun TŞ-də mövzu ilə bağlı məruzəçi seçilməsi təsadüf deyil. Belə ki, Lavrovun siyasi, Bortnikovun isə kəşfiyyat məlumatları təqdim etdiyi ehtimal edilir.

Maraqlıdır, Putin niyə Ukrayna üzrə danışıqların getdiyi bir vaxtda “ən yaxın tərəfdaşlarımız, həmkarlarımız və qonşularımızla münasibətlərin inkişafı ilə bağlı suallarının olduğunu” dilə gətirdi?

Ehtimallardan biri Ukrayna savaşının sonlanması ehtimalı ərəfəsində Rusiyanın postsovet məkanına “geri qayıtmaq” imkanlarını dəyərləndirməkdir. Bu mənada xüsusilə Cənubi Qafqaz regionu müzakirə mövzusudur. Siyasi təhlilçilərin fikrincə, Qarabağ münaqişəsi tarixin arxivinə gömüldüyündən, Rusiyanın Azərbaycan və Ermənistana təsir imkanı qalmayıb, Gürcüstanla isə uzun illərdir ki, siyasi münasibətlər yoxdur. İkinci Qarabağ savaşından sonra Azərbaycanın müttəfiqi kimi regionda əhəmiyyətli dərəcədə söz sahibi olan Türkiyə Rusiyanın başı Ukraynaya qarışdığı bir zamanda bölgədə alternativsiz gücə çevrilmə istiqamətində ciddi uğur əldə edib. Üstəlik, Suriyada Rusiya və İranın müttəfiqi Bəşər Əsəd rejiminin devrilməsi ilə Türkiyə bu ölkədə də tək söz sahibi olub.

Türkiyənin Rusiya və İranla Suriya üzrə “Astana platforması”, Cənubi Qafqazla bağlı “3+3” formatı olsa da, birinci artıq arxivləşib, ikincinin fəallığı isə yoxdur. Başqa sözlə, hər iki bölgə artıq Türkiyənin əhəmiyyətli təsiri altındadır.

Türkiyə lideri Ərdoğanın daha bir həmləsi – 18 fevralda Ər-Riyadda ABŞ-Rusiya yüksək səviyyəli məmurlarının Ukrayna üzrə danışıqlara başladığı bir vaxtda Ukrayna Prezidenti Zelenskini qəbul etməsi və Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha uca səslə bəyan etməsi isə ciddi mesajdır.

Türkiyə eyni zamanda, ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etmək iradəsini də ortaya qoydu, bu isə o deməkdir ki, Ərdoğan Ukrayna münaqişəsinin də ölkəsinin maraqlarından kənarda həlli ilə razılaşmayacağına işarə edir və bu, Putinin “əsas qayğısı” ola bilər.

Təsadüfi deyil ki, Lavrovun artıq bu gün Türkiyəyə gedəcəyi gözlənilir, bunun ardınca isə onun İrana səfəri olacaq (Lavrovun 25 fevralda İrana gedəcəyi bildirilsə də, sonradan səfər ertələndi və həftə ərzində baş tutacağı elan edildi. Güman ki, bu, ABŞ lideri Trampın 25 fevralda Ər-Riyadda Rusiya ilə ikinci görüş olacağı barədə açıqlamasına görədir). Eyni zamanda, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da 27 fevralda Türkiyəyə yollanacaq.

Rusiya artıq hansı istəkləri olduğunu Lavrovun dili ilə elan edib: Suriyada hərbi mövcudluğunun qorunması, üstəlik, “3+3” məşvərətçi formatının siyasi təşkilata çevrilməsi. Rusiya bu “siyasi təşkilat” vasitəsilə Türkiyənin Cənubi Qafqazdakı nüfuzunu onunla bölüşməsini istəyir.

Eyni zamanda, Donald Trampın daha sərt təzyiqinə hazırlaşan İran da regionda maraqlarını ən azı Rusiya qədər təmin etməyə çalışır.

S.Lavrov və V.Matviyenko bu məsələləri Türkiyə ilə müzakirə etməyə tələsir. Bəs, Türkiyənin Ukrayna şərti necə olacaq?

Ankaranın ötən gün ABŞ və Rusiyanın Ukrayna mövzusunda danışıqlarına ev sahibliyi etmək istəyi təsadüfən yaranmayıb

Əvvəlki Yazı

“Global Media Group”a bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

Növbəti Yazı

ABŞ- dan Ukraynaya yeni təzyiq: “Starlink”

XƏBƏR LENTİ

Saatlıda narkotikə görə 2 nəfər həbs olundu

Saatlıda narkotikə görə 2 nəfər həbs olundu

29 İyun 2026 / 10:05
1
Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır

Dohada ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır

29 İyun 2026 / 9:58
1
Rusiya artıq əsas güc statusunu itirib…–Vüqar Dadaşov

Rusiya artıq əsas güc statusunu itirib…–Vüqar Dadaşov

29 İyun 2026 / 9:39
40
Astarada kişi mağazada öldü

69 yaşlı qadın evində ölü tapıldı

29 İyun 2026 / 9:33
1
Kolumbiya Konqonu məğlub etdi – DÇ-2026-da 2-ci tur bitdi

DÇ-2026 – Bu gün 1/16 finalın 2-ci oyunu keçiriləcək

29 İyun 2026 / 9:30
1
İsrail hökməti “erməni soyqırımı”nı tanıyır – Türkiyə XİN-dən sərt REAKSİYA

İsrail hökməti “erməni soyqırımı”nı tanıyır – Türkiyə XİN-dən sərt REAKSİYA

29 İyun 2026 / 9:27
1
Süleyman Rüstəmin  övladı vəfat etdi

Süleyman Rüstəmin övladı vəfat etdi

29 İyun 2026 / 9:18
1
Pakistan təhlükəsizlik qüvvələri 29 terrorçunu zərərləşdirib

Pakistan təhlükəsizlik qüvvələri 29 terrorçunu zərərləşdirib

29 İyun 2026 / 7:28
1
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Çində Zəlzələ baş verib -13 nəfər xəsarət alib

29 İyun 2026 / 7:23
1
Bu Ölkədə Minlərlə məhkum azadlığa buraxılacaq

Bu Ölkədə Minlərlə məhkum azadlığa buraxılacaq

29 İyun 2026 / 7:14
1
Prezident Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

Prezident Zelenski Hikmət Cavadı ordenlə təltif etdi

28 İyun 2026 / 16:43
2
İsrail “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi

İsrail “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi

28 İyun 2026 / 16:39
5
Milli mətbuatımızın əsasını qoyan şəxs – Həsən bəy Zərdabinin doğum günüdür

Milli mətbuatımızın əsasını qoyan şəxs – Həsən bəy Zərdabinin doğum günüdür

28 İyun 2026 / 10:02
4
Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

Gənc rəssamların “Uğurlu Gələcək” sərgisi böyük maraqla qarşılanıb – FOTO

27 İyun 2026 / 20:02
4
Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

Gəncliyə Yardım Fondunda vətənpərvərlik mövzusunda sərgi keçirilib – FOTOLAR

26 İyun 2026 / 21:53
28
KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

KXCP AŞPA-nın son qətnaməsinə etiraz bəyanatı yaydı

25 İyun 2026 / 22:55
65
Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

Lənkəran rəssamların yaradıcılıq məkanına çevrildi – FOTOLAR

25 İyun 2026 / 21:23
51
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası  keçirilib

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

25 İyun 2026 / 15:52
3
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!

25 İyun 2026 / 12:42
3
Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Təzəpir məscidində qanvermə aksiyası keçirilir

25 İyun 2026 / 9:42
2
Astarada kişi mağazada öldü

Astarada kişi mağazada öldü

25 İyun 2026 / 9:36
3
Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

Mərdəkanda batan sonuncu gəncin meyiti tapıldı

25 İyun 2026 / 9:32
3
DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

DÇ-2026: Son oyunların Nəticələri- VİDEO

25 İyun 2026 / 8:19
3
Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

Pezeşkianın bu görüntüləri gündəm oldu – Video

25 İyun 2026 / 8:12
3
Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

Venesuelada Zəlzələdən sonra vəziyyət gərgin olaraq qalir-Fotolar

25 İyun 2026 / 8:08
3
Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

Ali təhsildə praktiki bacarıqlar gücləndirilir – FOTOLAR

24 İyun 2026 / 20:46
6
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

24 İyun 2026 / 18:33
24
Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

Əli Əsədov Numan Kurtulmuşu qəbul edib

24 İyun 2026 / 18:24
16
Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

Bank kartlarında problem yarandı – Açıqlama – Yenilənib

24 İyun 2026 / 18:12
19
Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Qalibafı qəbul etdi – Fotolar

24 İyun 2026 / 18:05
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.