23 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Putin Lavrovu Təcili Türkiyəyə göndərir

Fevral 23, 2025
Dünya
A A

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ötən gün Təhlükəsizlik Şurasının toplantısında “yaxın qonşularla və dostlarla” əlaqələri müzakirəyə çıxarıb.

Avropa.info xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və FSB direktoru Aleksandr Bortnikovun TŞ-də mövzu ilə bağlı məruzəçi seçilməsi təsadüf deyil. Belə ki, Lavrovun siyasi, Bortnikovun isə kəşfiyyat məlumatları təqdim etdiyi ehtimal edilir.

Maraqlıdır, Putin niyə Ukrayna üzrə danışıqların getdiyi bir vaxtda “ən yaxın tərəfdaşlarımız, həmkarlarımız və qonşularımızla münasibətlərin inkişafı ilə bağlı suallarının olduğunu” dilə gətirdi?

Ehtimallardan biri Ukrayna savaşının sonlanması ehtimalı ərəfəsində Rusiyanın postsovet məkanına “geri qayıtmaq” imkanlarını dəyərləndirməkdir. Bu mənada xüsusilə Cənubi Qafqaz regionu müzakirə mövzusudur. Siyasi təhlilçilərin fikrincə, Qarabağ münaqişəsi tarixin arxivinə gömüldüyündən, Rusiyanın Azərbaycan və Ermənistana təsir imkanı qalmayıb, Gürcüstanla isə uzun illərdir ki, siyasi münasibətlər yoxdur. İkinci Qarabağ savaşından sonra Azərbaycanın müttəfiqi kimi regionda əhəmiyyətli dərəcədə söz sahibi olan Türkiyə Rusiyanın başı Ukraynaya qarışdığı bir zamanda bölgədə alternativsiz gücə çevrilmə istiqamətində ciddi uğur əldə edib. Üstəlik, Suriyada Rusiya və İranın müttəfiqi Bəşər Əsəd rejiminin devrilməsi ilə Türkiyə bu ölkədə də tək söz sahibi olub.

Türkiyənin Rusiya və İranla Suriya üzrə “Astana platforması”, Cənubi Qafqazla bağlı “3+3” formatı olsa da, birinci artıq arxivləşib, ikincinin fəallığı isə yoxdur. Başqa sözlə, hər iki bölgə artıq Türkiyənin əhəmiyyətli təsiri altındadır.

Türkiyə lideri Ərdoğanın daha bir həmləsi – 18 fevralda Ər-Riyadda ABŞ-Rusiya yüksək səviyyəli məmurlarının Ukrayna üzrə danışıqlara başladığı bir vaxtda Ukrayna Prezidenti Zelenskini qəbul etməsi və Ukraynanın ərazi bütövlüyünü tanıdığını bir daha uca səslə bəyan etməsi isə ciddi mesajdır.

Türkiyə eyni zamanda, ABŞ-Rusiya danışıqlarına ev sahibliyi etmək iradəsini də ortaya qoydu, bu isə o deməkdir ki, Ərdoğan Ukrayna münaqişəsinin də ölkəsinin maraqlarından kənarda həlli ilə razılaşmayacağına işarə edir və bu, Putinin “əsas qayğısı” ola bilər.

Təsadüfi deyil ki, Lavrovun artıq bu gün Türkiyəyə gedəcəyi gözlənilir, bunun ardınca isə onun İrana səfəri olacaq (Lavrovun 25 fevralda İrana gedəcəyi bildirilsə də, sonradan səfər ertələndi və həftə ərzində baş tutacağı elan edildi. Güman ki, bu, ABŞ lideri Trampın 25 fevralda Ər-Riyadda Rusiya ilə ikinci görüş olacağı barədə açıqlamasına görədir). Eyni zamanda, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da 27 fevralda Türkiyəyə yollanacaq.

Rusiya artıq hansı istəkləri olduğunu Lavrovun dili ilə elan edib: Suriyada hərbi mövcudluğunun qorunması, üstəlik, “3+3” məşvərətçi formatının siyasi təşkilata çevrilməsi. Rusiya bu “siyasi təşkilat” vasitəsilə Türkiyənin Cənubi Qafqazdakı nüfuzunu onunla bölüşməsini istəyir.

Eyni zamanda, Donald Trampın daha sərt təzyiqinə hazırlaşan İran da regionda maraqlarını ən azı Rusiya qədər təmin etməyə çalışır.

S.Lavrov və V.Matviyenko bu məsələləri Türkiyə ilə müzakirə etməyə tələsir. Bəs, Türkiyənin Ukrayna şərti necə olacaq?

Ankaranın ötən gün ABŞ və Rusiyanın Ukrayna mövzusunda danışıqlarına ev sahibliyi etmək istəyi təsadüfən yaranmayıb

Əvvəlki Yazı

“Global Media Group”a bağlı olan saytlar fəaliyyətini DAYANDIRDI

Növbəti Yazı

ABŞ- dan Ukraynaya yeni təzyiq: “Starlink”

XƏBƏR LENTİ

İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

İsrailin Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

23 Sentyabr 2026 / 16:32
6
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” mövzusunda elmi-nəzəri konfrans keçiriləcək

23 Sentyabr 2026 / 16:22
40
“İsveçrə COP31W sərgisində Türkiyə ilə “uzunmüddətli” tərəfdaşlığa hazırlaşır

“İsveçrə COP31W sərgisində Türkiyə ilə “uzunmüddətli” tərəfdaşlığa hazırlaşır

23 Sentyabr 2026 / 12:45
0
Makron Hörmüz boğazı böhranı ilə bağlı Trampı tənqid etməkdən çəkindi

Makron Hörmüz boğazı böhranı ilə bağlı Trampı tənqid etməkdən çəkindi

23 Sentyabr 2026 / 12:33
6
Makron uşaqları qorumaq üçün süni intellekt modellərini araşdırmağa çağırır n

Makron uşaqları qorumaq üçün süni intellekt modellərini araşdırmağa çağırır n

23 Sentyabr 2026 / 11:58
0
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

ABŞ Ədliyyə Nazirliyi media orqanlarının Ağ Evə girişinin məhdudlaşdırıla biləcəyini iddia edir

23 Sentyabr 2026 / 10:22
21
Belçikada dizelin litr qiyməti rekord qırıb

Belçikada dizelin litr qiyməti rekord qırıb

23 Sentyabr 2026 / 9:48
4
Gürcüstanda azərbaycanlı iş adamı avtoqəza həyatını itirdi

Gürcüstanda azərbaycanlı iş adamı avtoqəza həyatını itirdi

23 Sentyabr 2026 / 9:24
20
Witkoff: Nyu-Yorkda İranla məsləhətləşmələr uğurlu alındi

Witkoff: Nyu-Yorkda İranla məsləhətləşmələr uğurlu alındi

23 Sentyabr 2026 / 9:18
5
Zelenskinin AK rəhbəri ilə görüşü uğursuz oldu: Von der Leyen şərtlər qoydu

Zelenskinin AK rəhbəri ilə görüşü uğursuz oldu: Von der Leyen şərtlər qoydu

23 Sentyabr 2026 / 9:08
4
Lavrov: Əgər avropalılar bizə hücum etsə, bu müharibə fərqli olacaq və çox qısa sürəcək

Sergey Lavrov BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gəlib

23 Sentyabr 2026 / 8:50
11
Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb

Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb

23 Sentyabr 2026 / 8:43
13
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 / 8:40
2
47 ildə dünyanın ən böyük buz təbəqələrindən 12 trilyon ton buz əridi

47 ildə dünyanın ən böyük buz təbəqələrindən 12 trilyon ton buz əridi

23 Sentyabr 2026 / 8:36
11
Kanada Fələstinə 100 milyon Kanada dolları dəyərində yardım edəcək

Kanada Fələstinə 100 milyon Kanada dolları dəyərində yardım edəcək

23 Sentyabr 2026 / 8:29
9
Netanyahunun qorxulu ABŞ səfəri başlayır

Netanyahunun qorxulu ABŞ səfəri başlayır

23 Sentyabr 2026 / 8:23
6
Minlərlə FTB agentinin şəxsi məlumatları oğurlanıb

Minlərlə FTB agentinin şəxsi məlumatları oğurlanıb

23 Sentyabr 2026 / 8:13
6
ABŞ və Meksikada qırmızı həyəcan: Polo qasırğası 5-ci kateqoriyaya yüksəldi

ABŞ və Meksikada qırmızı həyəcan: Polo qasırğası 5-ci kateqoriyaya yüksəldi

23 Sentyabr 2026 / 7:59
11
 1 dollarlıq sikkə üzərində Trampın portreti ABŞ-ın 250 illik yubileyi münasibətilə çap edilib

ABŞ prezidenti Donald Tramp süni intellektin adını dəyişib

23 Sentyabr 2026 / 7:54
18
Tramp Rusiyanın maliyyə naziri Siluanovun ABŞ-a səfərini şərh edib

Tramp ABŞ rəsmilərinin İran nümayəndə heyəti ilə görüşdüyünü açıqlayıb

22 Sentyabr 2026 / 23:32
6
Litvanın baş naziri bəyan edib ki, Rusiya onun ölkəsinə hücum edərsə, cavab verəcəklər

Litvanın baş naziri bəyan edib ki, Rusiya onun ölkəsinə hücum edərsə, cavab verəcəklər

22 Sentyabr 2026 / 16:58
11
 İsrailin Qəzzada həyata keçirdiyi hücumda biri uşaq olmaqla 2 nəfər həyatını itirib

BMT: Yəməndə 130 mindən çox insan didərgin düşüb

22 Sentyabr 2026 / 16:46
20
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

22 Sentyabr 2026 / 16:42
15
Bu Metro stansiyalarina giriş müvəqqəti pulsuz olacaq

Bu Metro stansiyalarina giriş müvəqqəti pulsuz olacaq

22 Sentyabr 2026 / 16:36
10
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyevdən forum iştirakçılarına – Müraciət

22 Sentyabr 2026 / 14:06
17
Atəşkəsə baxmayaraq, İsrailin hücumları davam edir

Atəşkəsə baxmayaraq, İsrailin hücumları davam edir

22 Sentyabr 2026 / 13:58
6
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“İran müəyyən mənada ABŞ-dən qarşılıqlı təmkin və gərginliyin azaldılmasını istəyir”

22 Sentyabr 2026 / 13:46
65
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

ABŞ-ın Tehranı neft qiymətləri ilə bağlı ittihamına İrandan “müharibəyə siz başladınız” cavabı

22 Sentyabr 2026 / 12:51
6
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev:”Azərbaycan da artıq özünü inkişaf etmiş ölkələr sırasında gördüyünə görə bu müqayisəni aparırıq”

22 Sentyabr 2026 / 12:07
89
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Dənizdə batan iki gəncin meyitləri tapildi

22 Sentyabr 2026 / 11:01
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.