Dünya

ABŞ- dan Ukraynaya yeni təzyiq: “Starlink”

23 Fevral 2025, 09:5742
Reklam728x90
Reklam320x100

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə nazirinin mədən sazişi ilə bağlı ilk təklifini rədd etdikdən sonra “Starlink” çıxışının gələcəyi ABŞ-Ukrayna danışıqlarında müzakirə edilib

Avropa.info xəbər verir ki, bu barədə mənbələr “Röyters”ə bildirib.

Qeyd edilib ki, cümə axşamı Zelenski ilə görüşdə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın kritik minerallarla bağlı razılığa gəlmədiyi təqdirdə “Starlink” xidmətinin kəsilə biləcəyi mesajını verib.

Nəşr xatırladıb ki, 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayanda İlon Mask Ukraynaya minlərlə “Starlink” terminalı göndərib.

ABŞ-ın bu addımı müharibə zamanı kritik kommunikasiya infrastrukturunu siyasi təzyiq aləti kimi istifadə cəhdi olaraq dəyərləndirilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600