Manşet

Prokuror: “Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib”

6 Fevral 2025, 23:18217
Reklam728x90
Reklam320x100

“Cinayət işində olan sübutlar tarixi faktlara əsaslanmaqla göstərir ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, onlar ən yüksək səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq qəddarlıqla və amansızlıqla törədilib”.

Avropa .info xəbər verir ki, bunu prokuror Vüsal Əliyev bu gün Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində deyib.

Dövlət ittihamını müdafiə edən prokuror məhkəmə iştirakçılarına müraciət edərək hazırkı məhkəmə prosesinin tarixi əhəmiyyətini vurğulayıb:

“Hazırkı məhkəmə prosesi ədalətin bərqərar olması naminə keçirilir. Məhkəmə prosesində aydın olacaq ki, tədqiq və təqdim edilən cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları nəticəsində törədilib.

Bu məhkəmə prosesi, həmçinin belə dəhşətli cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Məhkəmə prosesində sübut olunacaq ki, müharibə cinayətkarları üçün təhlükəsiz sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil, hüquq və qanunla nizamlanmalıdır”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600