26 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar – Yenilənib

İyun 22, 2026
Manşet
A A

İyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Əvvəlcə dövlət başçısı bəyanatla çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli Sərdar Qurbanquluyeviç, hörmətli qonaqlar, əziz dostlar. Əziz qonağımızı – dövlət səfərində olan Türkmənistan Prezidentini salamlamaqdan bir daha şadam.

Dəvətimi qəbul etdiyinə və Azərbaycana səfərə gəldiyinə görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Bu gün həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıldı. İkitərəfli əməkdaşlığın bir çox məsələləri müzakirə edildi və əməkdaşlığımızın gələcək inkişafı yolları müəyyənləşdirildi.

Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi.

Mən, həmçinin Sərdar Qurbanquluyeviçə əməkdaşlığa görə minnətdaram. Bu gün, artıq qeyd etdiyim kimi, bir çox məsələlər üzrə ətraflı fikir mübadiləsi apardıq. Konkret tapşırıqlar verildi. Əminəm ki, gələn ay Türkmənistanda keçiriləcək Hökumətlərarası Komissiya çərçivəsində bu gün verdiyimiz tapşırıqlar həmin vaxta qədər hərtərəfli işlənib hazırlanacaq və biz yeni birgə problemlərin həlli, yeni layihələrin reallaşdırılması mərhələsinə keçəcəyik.

Münasibətlərimiz möhkəm təməl – tarixi bağlar, mədəni əlaqələr və mənəvi əlaqələr üzərində qurulub. Biz müntəzəm olaraq yaradıcı kollektivlərin çıxışlarını təşkil edirik. Elə bu yaxınlarda, bu ayın əvvəlində həm Aşqabadda, həm də Arkadağda Azərbaycan Mədəniyyəti Günləri keçirildi. Keçən il isə Türkmənistanın mədəniyyət xadimləri həm Bakıda, həm də Gəncədə keçirilən Mədəniyyət Günlərində bizi ziyarət etdilər.

Onu da qeyd etməliyəm ki, Bakı və Aşqabad Arkadağ və Füzuli kimi, qardaş şəhərlərdir. Bütün bunlar bizim birliyimizin nümayişidir. Əməkdaşlığımızı konkret məzmunla zənginləşdirməyə və qarşılıqlı fəaliyyətimizi dərinləşdirməyə çalışırıq.

Həmçinin Türkmənistan tərəfinə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul edilməsində fəal dəstəyinə görə bir daha təşəkkürümü bildirmək istərdim. Mən buna tarixi hadisə kimi baxıram, çünki coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi əlaqələrimiz, həmçinin bu gün regional qarşılıqlı əlaqə və nəqliyyat-logistika problemləri ilə bağlı həll etdiyimiz konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Təbii ki, biz ilk gündən çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərməyə başladıq.

Bu gün nəqliyyat-logistika sahəsi haqqında da çox danışıldı. Təbii ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq artıq uzunmüddətli xarakter daşıyır, hətta deyərdim ki, bu, təkcə bizim üçün deyil, təkcə qonşularımız üçün deyil, həm də geniş bir coğrafiya üçün strateji əhəmiyyətə malikdir. Çünki bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil. Bu, böyük nailiyyətdir. Belə olan halda nəqliyyat və logistika layihələrini siyasi qarşılıqlı fəaliyyətdən təcrid olunmuş şəkildə nəzərdən keçirmək mümkün deyil. Siyasi qarşılıqlı fəaliyyət olmasaydı, heç bir coğrafi şərait səylərimizi birləşdirməyə imkan verməzdi. Biz isə həm birgə səylərimiz nəticəsində artıq artan yük axınlarını daha da artırmaq, həm də üçüncü ölkələrdən yükdaşımaları cəlb etmək üçün nəqliyyat və logistika sektorundakı fəaliyyətimizi daha da əlaqələndirmək barədə razılığa gəldik. Buna görə də bu sahə təbii ki, həm ikitərəfli, həm də çoxtərəfli qarşılıqlı fəaliyyətimizin prioriteti olacaq.

Əlbəttə, Türkmənistan və Azərbaycan geniş faydalı qazıntılara və enerji ehtiyatlarına malik iki ölkədir. Belə olan halda biz səylərimizi birləşdirmək üzrə əməkdaşlıq etmək niyyətindəyik.

Əlbəttə ki, qardaş türkmən xalqını və onun rəhbərliyini sosial-iqtisadi inkişafda əldə edilən əhəmiyyətli nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Mən artıq uzun illər ərzində dəfələrlə Türkmənistana səfər etmişəm və qardaş ölkəmizin davamlı inkişafına, şəhərlərin necə yaxşılaşdığına, infrastrukturun, o cümlədən turizmin necə qurulduğuna həmişə əmin olmuşam. Bütün bunlar rəhbərliyin müdrikliyindən və milli maraqların prioritet olmasından xəbər verir. Biz, dostlarınız və qardaşlarınız olaraq, beynəlxalq arena da daxil olmaqla, uğurlarınıza həmişə sevinirik və artıq dünyada geniş ictimai dəstək qazanmış Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik.

Hörmətli cənab Prezident, Sizi bir daha salamlayıram və əziz qardaşım Arkadağa və Türkmənistanın bütün xalqına ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm.

***

Sonra bəyanatla çıxış edən Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov səmimi qəbula, qonaqpərvərliyə və birgə iş üçün yaradılan gözəl şəraitə görə dövlətimizin başçısına bir daha minnətdarlığını bildirdi, təkbətək və geniş tərkibdə görüşlər zamanı ikitərəfli münasibətlərimizin hazırkı vəziyyətinin və perspektivlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin yüksək qiymətləndirildiyini qeyd edən ali qonaq ölkələrimiz arasında münasibətlərin bərabərhüquqlu və qarşılıqlı faydalı prinsiplər əsasında dinamik və ardıcıl şəkildə inkişaf etdiyini məmnunluqla vurğulayıb.

“İki ölkənin nüfuzlu beynəlxalq və regional təşkilatlar çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğu təsdiqləndi. Həmçinin Türkmənistanla Azərbaycan Respublikası arasında sıx qarşılıqlı fəaliyyət Xəzər dənizində beştərəfli əməkdaşlıq çərçivəsində davam etdiriləcək”, – deyən Sərdar Berdiməhəmmədov iqtisadi-ticari əməkdaşlığın da ətraflı müzakirə olunduğunu bildirdi. Energetika, nəqliyyat, kimya, tekstil sənayeləri və bir sıra digər sahələrin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyini qeyd edən Türkmənistan Prezidenti ölkələrimizin ərazilərindən Şərq-Qərb xətti üzrə nəqliyyat və tranzit dəhlizlərinin yaradılmasında sıx əməkdaşlıq etmək barədə razılığın əldə olunduğunu vurğulayıb.

Mədəni və humanitar əlaqələrin inkişafına ayrıca diqqətin yetirildiyini bildirən ali qonaq dedi ki, görüşlər çərçivəsində mədəniyyət xadimlərimiz arasında təmasların davam etdirilməsinə və genişləndirilməsinə, həmçinin hər il Mədəniyyət Günlərinin keçirilməsinə hər iki ölkənin hazır olduğu təsdiqlənib.

“Nümayəndə heyətimiz bugünkü görüşün nəticələrini yüksək qiymətləndirir. Görüşün yekunlarına dair ikitərəfli mühüm sənədlər zərfi imzalandı. Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək. Bu, ölkələrimizin və xalqlarımızın uzunmüddətli maraqlarına cavab verir”, – deyə Sərdar Berdiməhəmmədov vurğulayıb.

İkitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə Azərbaycan Prezidentinin böyük şəxsi töhfəsini xüsusi qeyd edən Türkmənistanın dövlət başçısı buna görə minnətdarlığını bildirib.

“Dostlug” neft tankerinin hədiyyə olunmasına görə də təşəkkür edən Sərdar Berdiməhəmmədov bunu ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin rəmzi kimi qəbul etdiklərini vurğuladı, bu tankerin ölkələrimizin tərəqqisinə töhfə verəcəyinə və uğurlu əməkdaşlığımızın daha bir təzahürü olacağına əminliyini ifadə edib.

Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq ənənələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıb.

“Yekun olaraq qeyd etmək istərdim ki, Azərbaycan Respublikası tərəqqi və çiçəklənmə yolu ilə inamla irəliləyir”, – deyən ali qonaq qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıb.

 











 
Əvvəlki Yazı

“Əziz Cabir, bu gün sənin 50 yaşın tamam olacaqdı”-Dostlari paylaşım etdi-Fotolar

Növbəti Yazı

Azərbaycanda ali təhsildə praktiki bacarıqların gücləndirilməsi: Universitet-sənaye əməkdaşlığının inkişaf perspektivləri

XƏBƏR LENTİ

Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev: “Tıxaclarda itirdiyimiz sadəcə vaxt deyil, ömrümüzdür”

26 Sentyabr 2026 / 8:45
0
İran: ABŞ Hörmüz boğazında təhlükəsizliyə görə məsuliyyət daşıyır

İran: ABŞ Hörmüz boğazında təhlükəsizliyə görə məsuliyyət daşıyır

25 Sentyabr 2026 / 17:06
8
Unudulmaz qəhrəmanlar – Əbədi Xatirələr-Fotolar

Unudulmaz qəhrəmanlar – Əbədi Xatirələr-Fotolar

25 Sentyabr 2026 / 16:54
57
İrlandiyanın baş naziri Martin: Qəzza ilə bağlı bütün faktlar üzə çıxanda dünya utanacaq

İrlandiyanın baş naziri Martin: Qəzza ilə bağlı bütün faktlar üzə çıxanda dünya utanacaq

25 Sentyabr 2026 / 14:59
8
Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

Zelenski: Səhər saatlarından ümumilikdə 8 bölgə hücuma məruz qalıb

25 Sentyabr 2026 / 14:48
4
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəzada ölən şəxs hərbçi imiş 

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəzada ölən şəxs hərbçi imiş 

25 Sentyabr 2026 / 14:21
18
İran Britaniyaya: İşğalçı və terrorçu rejimin qurulmasındakı rolunuza görə cavab verməlisiniz

İran Britaniyaya: İşğalçı və terrorçu rejimin qurulmasındakı rolunuza görə cavab verməlisiniz

25 Sentyabr 2026 / 14:04
23
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

İsraildə keçirilən sorğuya görə,  Netanyahu bloku parlamentdə 49 yerə düşüb

25 Sentyabr 2026 / 14:00
21
Almaniyada münaqişə zamanı hadisə yerindən qaçan iki qadın polis vəzifəsindən uzaqlaşdırılıb

Almaniyada münaqişə zamanı hadisə yerindən qaçan iki qadın polis vəzifəsindən uzaqlaşdırılıb

25 Sentyabr 2026 / 13:57
13
Prezident İlham Əliyev: “Cənubi Qafqazda bərqərar olan sülh investisiyalar üçün yeni imkanlar yaradır”

Prezident İlham Əliyev: “Cənubi Qafqazda bərqərar olan sülh investisiyalar üçün yeni imkanlar yaradır”

25 Sentyabr 2026 / 13:51
6
Şuşada mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

Şuşada mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

25 Sentyabr 2026 / 13:48
8
Ehtiram Mehtiyev:”Ermənistan Azərbaycan ərazisindəki bəzi abidələri öz tarixi irsi kimi təqdim etməyə çalışır”

Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etmeli və öz təkliflərini ortaya qoymalıdır”

25 Sentyabr 2026 / 13:36
74
Bu şəxslər üçün avtobus və metro pulsuz olacaq

Bu şəxslər üçün avtobus və metro pulsuz olacaq

25 Sentyabr 2026 / 9:51
11
Milli Cəbhə Partiyasının 27 Sentyabr – Anım Günü Bəyanati

Milli Cəbhə Partiyasının 27 Sentyabr – Anım Günü Bəyanati

25 Sentyabr 2026 / 9:42
126
Polşada Ukrayna vətəndaşı keşişi bıçaqla öldürüb. Bu cinayəti Tusk və Zelenski pisləyib

Polşada Ukrayna vətəndaşı keşişi bıçaqla öldürüb. Bu cinayəti Tusk və Zelenski pisləyib

25 Sentyabr 2026 / 9:39
0
Rusiyada İHA hücumu nəticəsində sərnişin qatarı zədələnib

Rusiyada İHA hücumu nəticəsində sərnişin qatarı zədələnib

25 Sentyabr 2026 / 9:31
17
Bilgəh Sağlamlıq Mərkəzində dişini çəkdirən qadın vəfat edib-Video

Bilgəh Sağlamlıq Mərkəzində dişini çəkdirən qadın vəfat edib-Video

25 Sentyabr 2026 / 9:19
3
Kanadada gündəm: ABŞ-ın işğalı halında fövqəladə plan

Kanadada gündəm: ABŞ-ın işğalı halında fövqəladə plan

25 Sentyabr 2026 / 9:11
18
Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda görüşüblər- Fotolar

Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda görüşüblər- Fotolar

25 Sentyabr 2026 / 9:01
14
İlk körpə 30 ildən çox sonra bu adada dünyaya gəlib

İlk körpə 30 ildən çox sonra bu adada dünyaya gəlib

25 Sentyabr 2026 / 8:55
3
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

HƏMAS: Netanyahunun BMT-dəki çıxışı boş və yalanlarla dolu idi

25 Sentyabr 2026 / 8:47
12
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

Ağ Evlə jurnalistlər arasında olan böhranin son vəziyyəti

25 Sentyabr 2026 / 8:38
5
Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

25 Sentyabr 2026 / 8:32
18
Kolumbiya İranla diplomatik əlaqələri kəsib

Kolumbiya İranla diplomatik əlaqələri kəsib

25 Sentyabr 2026 / 8:25
12
Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

25 Sentyabr 2026 / 8:06
9
Tıxac “Formula-1”lik deyil, bu, Bakının böyük problemdir

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır

25 Sentyabr 2026 / 7:51
20
Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

Pezeşkian deyib ki, onlar ABŞ-la “razılaşmaya hazırdırlar”

25 Sentyabr 2026 / 7:48
17
Nyu Yorkda minlərlə insan Netayahuya qarşı soyqırım aksiyası keçirib

Nyu Yorkda minlərlə insan Netayahuya qarşı soyqırım aksiyası keçirib

25 Sentyabr 2026 / 7:40
3
Üçüncü katib səviyyəsində  Netanyahunun açıqlamalarına Türkiyədən reaksiya

Üçüncü katib səviyyəsində  Netanyahunun açıqlamalarına Türkiyədən reaksiya

25 Sentyabr 2026 / 7:10
8
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi -bir nəfər ölüb

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi -bir nəfər ölüb

24 Sentyabr 2026 / 21:34
11
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.