Dünya

Prezidentin fərmanı ABŞ-da seçki qaydalarını sərtləşdirir

26 Mart 2025, 08:2659
Reklam728x90
Reklam320x100

ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, federal seçkilərdə seçici qeydiyyatı blanklarında vətəndaşlığı təsdiq edən sənədin göstərilməsi məcburi olacaq.

Avropa.info xəbər verir ki, Ağ Evdən verilən açıqlamaya görə, prezident Tramp ölkədəki seçkilərlə bağlı yeni sərəncam imzalayıb.

Fərmanda “federal seçkilərdə” təhlükəsizliyin təmin edilməsi üçün seçici qeydiyyatı vərəqində vətəndaşlıq sənədinin göstərilməsinin məcburi olacağı bildirilirdi.

Fərmanda həmçinin , poçt vasitəsilə verilən, lakin  seçki günü alınmayan  səslərin daxil olduğu dövlətlərə qarşı “tədbir görüləcək” mesajı verilib  və qeyd olunub ki, dövlətlərin seçki  fondlarından yararlana bilməsi onların fərmana əməl etməsindən asılıdır.

“Bəzi insanlar düşünə bilər ki, biz şikayət etməməliyik, çünki biz seçkidə böyük fərqlə qalib gəldik”, Tramp sərəncamı imzalayarkən deyib. “Ancaq biz seçkilərimizi qaydasına salmalıyıq”. ifadələrdən istifadə etdi.

Poçtla uzaqdan səsvermə ideyası Respublikaçılar Partiyası tərəfindən tez-tez etiraz edilir.

ABŞ-ın bəzi ştatlarında qanunlara görə, seçkidən sonra müəyyən müddət ərzində alınan poçtla göndərilən səslər seçki tarixindən əvvəl göndərilibsə, hesaba daxil edilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600