Manşet

Prezident İlham Əliyev Hakan Fidani qəbul edib

18 Yanvar 2025, 12:0511
Reklam728x90
Reklam320x100

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Avropa.info xəbər verir ki, Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600