Dünya

Prezident Ərdoğanla Məsud Pezeşkian arasında telefon danışığı olub

29 Mart 2025, 19:5811
Reklam728x90
Reklam320x100

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər arasında ikitərəfli məsələlər müzakirə olunub. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Ərdoğan qeyd edib ki, Ankara ikitərəfli münasibətlərin inkişafı üçün səylərini davam etdirəcək. Telefon danışığı zamanı Türkiyə lideri həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600