Dünya

Prezident Ərdoğan Zelenski ilə görüşüb

18 Fevral 2025, 18:0768
Reklam728x90
Reklam320x100

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident iqamətgahinda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Avropa.info xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə bağlı diplomatik gediş-gəlişin sıx olduğu bir vaxtda  Ankara  çox mühüm qonağı qəbul edir.

 

Prezident Ərdoğan Ukrayna prezidenti Zelenskini Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

 

Prezident Ərdoğan Zelenski ilə görüşüb

 

Qarşılanma mərasimindən sonra prezident Ərdoğan  Prezident Kompleksində Ukrayna Prezidenti Zelenski  ilə görüşüb .

Mətbuata qapalı keçirilən ziyafətdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.

 

Prezident Ərdoğan Zelenski ilə görüşüb

 

Prezident Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gələn Zelenski Ərdoğanla təkbətək və heyətlərarası görüşlərdən sonra iş yeməyi verib.

İşçi nahar mətbuata qapalı keçirilib.

Prezident Ərdoğan və Ukrayna Prezidenti Zelenski birgə mətbuat konfransında səfəri dəyərləndirəcəklər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600