Manşet

Prezident Əliyev və Prezident Mirziyayev səfirliyin yeni binasının açılışında

2 İyul 2025, 19:3649
Reklam728x90
Reklam320x100

 

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şövkət Mirziyayev iyulun 2-də bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.

Avropa.info xəbər verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.

Prezidentlər İlham Əliyev və Şövkət Mirziyayev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.

Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şövkət Mirziyayev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600