Pakistanın Hayber Paxtunxva və Pəncab əyalətlərində leysan yağışları və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib.
Avropa.info xəbər verir ki, Dawn qəzetinin yazdığına görə, musson mövsümü ilə əlaqədar iyulun 19-dan etibarən Pəncabın Hayber Paxtunxva, eləcə də Gilgit Baltistan bölgəsində təsirli olan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olur.
Səlahiyyətlilər, sel, ildırım vurması, elektrik cərəyanı vurması kimi şiddətli yağışlarla əlaqədar hadisələrdə Hayber Paxtunxvada 20, Pəncabda isə 17 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bununla da ölkədə leysan yağışları ilə bağlı baş verən hadisələrdə həyatını itirənlərin sayı 37-yə yüksəlib.
Digər tərəfdən Gilgit Baltistan və Pakistanın idarə etdiyi Azad Cammu Kəşmir bölgəsində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində tarlalardakı və sakinlərin evlərindəki məhsullara ziyan dəyib.





























