ABŞ ordusunun İranda yenidən B-1 bombardmançılarından istifadə etməyə başladığı iddia edilib.
Avropa.info xəbər verir ki, Axiosun ABŞ rəsmilərinə əsaslanaraq dərc etdiyi xəbərdə ABŞ-ın İrandakı İnqilab Keşikçiləri Ordusuna aid hədəfləri vurmaq üçün yenidən B-1 döyüş təyyarələrindən istifadə etməyə başladığı iddia edilib.
Bu təyyarələrin İngiltərədəki hava bazasından havaya qalxdığı və təyyarələrin izlənildiyi internet saytlarında İranda olduqları bildirilib.
ABŞ fevralın 28-də İrana qarşı başlatdığı hücumlarda bu təyyarələrdən istifadə edildiyini açıqlasa da, 12 gün əvvəl yenidən başlayan hücumlarda bu təyyarələrdən istifadə olunduğu barədə məlumat paylaşılmayıb.





























