Dünya

Pakistan: Hindistanla gərginlikdə nüvə silahı gündəmdə deyil

13 May 2025, 13:1362
Reklam728x90
Reklam320x100

Pakistanın xarici işlər naziri İshaq Dar bildirib ki, Hindistanla münaqişə zamanı Yeni Dehli hökumətinə qarşı nüvə silahından istifadə variant deyil.

Avropa.info xəbər verir ki, Dar CNN-ə verdiyi müsahibədə  Hindistanla toqquşmalar  və ondan sonra əldə edilən atəşkəsdən sonra məsələ ilə bağlı qiymətləndirmələr edib.

Pakistanın “özünü müdafiə etmək üçün Hindistanın hücumlarına cavab verməkdən başqa çarəsi olmadığını” ifadə edən Dar, Hindistanı “hakimiyyət qurmaq cəhdində” günahlandıraraq, bölgədəki gərginliyə baxmayaraq, qarşıdurma zamanı “nüvə silahından istifadənin variantlar arasında olmadığını” bildirib.

Dar atəşkəsdən sonra tərəflərin müzakirə etməli olduğu məsələlərin olduğunu və iki ölkə rəsmilərinin hələ də birbaşa təmasda olmadığını qeyd edib.

Dar, Cammu və Kəşmir üçün “öz müqəddəratını təyin etmə” çağırışı edərək, bunun qeyri-sabitliyin əsas səbəbi olduğunu söyləyib və “bütün formalarda” terroru pislədiyini  və su  probleminin həll edilməməsinin atəşkəsi təhdid edə biləcəyi barədə xəbərdarlıq edib.

Hindistanın hücumu və toqquşmaları

Aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq Hindistanın mayın 6-da  Pakistan  ərazisinə və Pakistanın nəzarətindəki Azad Kəşmir bölgəsinə raket zərbələri endirməsindən sonra tərəflər arasında qarşıdurma baş verib.

İki ölkə ABŞ-ın vasitəçiliyi ilə mayın 10-da atəşkəs elan edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600