Dünya

Netanyahu girovlarin qaytarılmasını təxirə salib

30 Yanvar 2025, 19:037
Reklam728x90
Reklam320x100

İsrail hökumətinin başçısı Benyamin Netanyahu Tel-Əvivin HƏMAS tərəfindən azad edilən girovlar üçün təhlükəsizlik zəmanəti alana qədər fələstinli məhbusların azad edilməsi prosesinin müvəqqəti dayandırılması barədə göstəriş verib.

Avropa.info xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi bəyanat yayıb.

“Netanyahu müdafiə naziri İsrael Katz ilə birlikdə girovlarımızın növbəti mərhələlərdə təhlükəsiz çıxışı təmin olunana qədər terrorçuların azad edilməsini təxirə salmağı əmr edib”, – bəyanatda qeyd olunub.

Zəmanətləri təmin etmək üçün İsrailin vasitəçilərdən kömək istədiyi bildirilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600