28 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Milli Məclis Aİ bəyanatini rədd edir

Fevral 27, 2025
Siyasət
A A
 

Azərbaycan Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin fevralın 25-də yaydığı bəyanatını şiddətlə qınayır, bu sənədi Avropa Parlamenti ilə Ermənistanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirir.

Avropa.infoxəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində qəbul edilmiş bu bəyanat, Azərbaycan əleyhinə səsləndirilmiş absurd və tamamilə əsassız ittihamlar həm Ermənistanın, həm də Avropa Parlamentinin əsl mahiyyətini bir daha ortaya qoyur.

Bildirilib ki, nəticə etibarilə, bu bəyanat Ermənistan tərəfinin Azərbaycanla danışıqlar prosesində qeyri-səmimiliyini yenidən nümayiş etdirmiş oldu:

“Ermənistan parlamentinin, o cümlədən Komitənin işində iştirak edən hakim partiyanın nümayəndələrinin Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması, habelə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə bağlı çıxışlarına birbaşa zidd olan birgə bəyanatı dəstəkləməsi bunun bariz göstəricisidir. Digər tərəfdən, bu bəyanat Avropa Parlamentində Azərbaycana münasibətdə dərin kök salmış nifrət siyasətinin növbəti təzahürüdür”.

Bəyanatda Ermənistanı israrla qurban kimi qələmə verməyə çalışanlara Azərbaycan parlamenti xatırladır ki, Ermənistan onilliklər boyu faşist ideologiyasını bəsləyən bir ölkədir:

“Bu ideologiya da onun Azərbaycana qarşı 30 illik təcavüzünün əsasını təşkil edir. İşğal dövründə Ermənistan ağır cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı aktları törədib. Ermənistan etnik təmizləmə həyata keçirib və bir milyona yaxın azərbaycanlını öz doğma yurdlarından, o cümlədən Zəngəzur, Dərələyəz, Göyçə və digər ərazilərdən qaçqın və məcburi köçkün vəziyyətinə salıb. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini yerlə bir edərək talan edib, dövlət və şəxsi mülkiyyətə milyardlarla ABŞ dolları dəyərində maddi ziyan vurub, işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsi məhv edib və özününküləşdirib”.

Eyni zamanda Ermənistan sonrakı rəhbərliyi dövründə hərbi cinayətlərin araşdırılması üçün heç bir addım atmayıb. Onilliklər ərzində günahsız azərbaycanlılara qarşı törədilmiş ağır cinayətlərə görə heç bir erməni məsuliyyətə cəlb olunmayıb. Bu vəziyyət səhvən demokratik və insan haqlarının müdafiəçisi kimi təqdim edilən Ermənistanın indiki hökuməti dövründə də davam etməkdədir.

Təəssüf olsun ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, nə Avropa İttifaqı, nə də onun parlament strukturu heç bir zaman Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırış etməyib və bununla da, faktiki olaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalının davam etməsini təşviq edib. Bu isə Azərbaycana qarşı sanksiyaların tətbiqinə səsləyən avropalı parlamentarilərdə dərin kök salmış azərbaycanofobiya meyllərini ifşa edir.

Ermənistanın onilliklər boyu Azərbaycan ərazilərini minalarla çirkləndirməsinə, ölkəmizə qarşı bu irqçi siyasətin nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlıqdan yayınmasına münasibətdə də Avropa Parlamentindən hər hansı bir mövqe bildirilməməsi təəssüf doğuran digər bir məqamdır. Belə görünür, avropalı parlamentarilər günahsız insanların həyatını itirməyə davam etməsini, bu minaların Azərbaycanın yalnız öz imkanları hesabına apardığı yenidənqurma və bərpa işlərinə ciddi əngəllər törətməsini dərk etməkdə acizdirlər.

Avropa Parlamenti keçmiş münaqişə dövründə itkin düşmüş 4 000 azərbaycanlının taleyinə də eyni dərəcədə biganəlik nümayiş etdirir. Halbuki, işğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi qeyri-insani hərəkətlərinin miqyasını və vəhşiliyini bir daha təsdiq edir.

Avropalı parlamentarilər insan haqları, o cümlədən geri qayıtmaq hüququ haqqında danışarkən, nədənsə 1980-ci illərin sonlarında indiki Ermənistandan zorla qovulmuş təxminən 250 000 azərbaycanlı qaçqının geri qayıtmaq hüququnu rahatlıqla gözardı edirlər. Sağlam məntiq Avropa Parlamentinin bu fundamental insan haqları məsələsinə ədalətli yanaşma nümayiş etdirməsini, Ermənistanı bu insanların öz ata-baba torpaqlarına qayıtması üçün lazımi şərait yaratmağa çağırmasını tələb edir. Təəssüf ki, həm Ermənistan, həm də Avropa Parlamenti iki ölkə arasında etimadın qurulmasına müsbət töhfə verəcək bu məsələni görməzlikdən gəlməyə israr edirlər. Bu cür davranış isə Avropa İttifaqının qoruduğunu iddia etdiyi liberal dəyərlərə tamamilə ziddir.

Azərbaycanın Ermənistanın konstitusiyası və digər hüquqi sənədləri ilə bağlı narahatlığı qanuni və əsaslıdır. Reallıq budur ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu vəziyyət isə həmin ölkənin ali sənədinə zidd olan istənilən beynəlxalq sazişin qanuniliyini şübhə altına alır. Belə olan halda, Ermənistanın konstitusiyasına düzəlişlər edilməsinin zəruriliyinə dair Azərbaycanın mövqeyi heç bir halda maksimalist mövqe deyil, eyni zamanda Ermənistanın özü üçün də sadəcə daxili məsələ sayılmır. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıması təmin olunmalıdır.

Aİ-nin Ermənistandakı Missiyası (EUMA) ilə bağlı qeyd etmək lazımdır ki, bu missiya Azərbaycan tərəfinə verilən vədlərə zidd olaraq yaradılıb və Ermənistanla Azərbaycan arasında regional sabitliyin və etimadın gücləndirilməsinə dair öncədən bəyan edilmiş məqsədə xidmət etmir. Müşahidələr göstərir ki, bu missiya faktiki olaraq, düşmənçilik yaymaq və əsassız azərbaycanofobiyanı qızışdırmaq üçün təbliğat vasitəsi kimi geniş şəkildə istifadə edilir. Ötən dövr ərzində bu missiya Azərbaycana qarşı qərəzini açıq şəkildə nümayiş etdirib, saxta və yalan xəbərlərin yayılması aləti kimi tətbiq olunub. Təəssüf ki, EUMA-nın təxribatçı fəaliyyəti Ermənistanı cəsarətləndirməyə davam edir və onu Azərbaycanla münasibətləri birdəfəlik normallaşdırmaq səylərindən çəkindirir. Belə fəaliyyət sərhəd boyu gərginliyi süni şəkildə artırmaq potensialına malikdir.

Aİ-nin öz qonşusunun ərazisini 30 il ərzində işğal altında saxlamış Ermənistana Avropa Sülh Mexanizmi və digər proqramlar vasitəsilə hərbi dəstək vermək qərarı isə dərin narahatlıq doğurur. Bunun regionda sülh və sabitliyə töhfə vermək səyləri ilə heç bir əlaqəsi yoxdur. Təcavüzkar ölkəyə göstərilən bu yardım regionda sabitliyi pozmağa və potensial olaraq silahlanma yarışını alovlandırmağa yönəlmiş addımdır.

Qeyd olunanları nəzərə alaraq, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki roluna dair bəyanatda səsləndirilən iddiaların da heç bir əsası yoxdur. Aİ öz qurumlarının və bəzi üzv dövlətlərin bir sıra hərəkətləri nəticəsində bu prosesdəki rolunu itirib. Avropa Parlamenti bu məsələdə xüsusi fəallıq göstərib və beləliklə, bu məsələdə təəssüf hiss keçirməyə heç bir mənəvi haqqı yoxdur.

Bütün bunlar fonunda, Azərbaycan Milli Məclisi Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin tarixi faktları təhrif edən və Azərbaycanı ədalətsiz şəkildə ittiham edən qərəzli, birtərəfli bəyanatını qəti şəkildə rədd edir.

Belə addımlar yalnız fikir ayrılıqlarını dərinləşdirməyə xidmət edir, sülh və barışığı təmin etmək səylərini sarsıdır. Əgər Avropa Parlamenti həqiqətən də Cənubi Qafqazda sabitliyi təşviq etməyə çalışırsa, bu qurum ötən dövrlərdəki haqsızlıqları etiraf edən, Ermənistanın revanşist siyasətini və militarizasiya cəhdlərini təşviq etməyən tarazlı və ədalətli yanaşmanı rəhbər tutmalıdır

Əvvəlki Yazı

Türkiyədən Yunanıstana qaçmağa çalışan PKK terrorçusu tutuldu

Növbəti Yazı

Türkiyədə İETT avtobusu yanıb-Foto

XƏBƏR LENTİ

ASELFLIR-500 Cənubi Afrika istehsalı olan Mwari təyyarələrinə inteqrasiya olunub

ASELFLIR-500 Cənubi Afrika istehsalı olan Mwari təyyarələrinə inteqrasiya olunub

28 İyul 2026 / 12:59
12
Rusiyanın Novosibirsk vilayətində güclü zəlzələ baş verib

Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib

28 İyul 2026 / 12:52
7
Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

Trampın Türkiyəyə F-35 satışı ilə bağlı açıqlaması

27 İyul 2026 / 22:32
10
Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

Stas Pyexa Sevil Əliyeva ilə görüşdü – “Ana” mahnısını oxudu-Video

27 İyul 2026 / 22:24
6
Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

Elbrusda rusiyalı alpinistin cəsədi xilasedicilər tərəfindən tapılıb

27 İyul 2026 / 18:23
12
Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

Amerikalı aktyor Mark Ruffalo: Netanyahu manyak qatildir

27 İyul 2026 / 18:14
4
Rusiyadan bir sıra  ölkələrə onlayn pul köçürmələrini dayandırıb

Rusiyadan bir sıra ölkələrə onlayn pul köçürmələrini dayandırıb

27 İyul 2026 / 17:48
12
İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

İraqın baş naziri Zeydi Türkiyəyə gəlir

27 İyul 2026 / 17:42
4
Baş nazir Əli Əsədov qərar imzalayıb

Baş nazir  Əli Əsədov  qərar imzaladı

27 İyul 2026 / 17:04
2
Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

Müdir maaşa görə etiraz edən işçini döyüb? – VİDEO

27 İyul 2026 / 15:27
14
İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

İsrailin Qəzzada blokadası tibb işçilərinin və xəstələrin daşınmasını dayandırıb

27 İyul 2026 / 15:17
4
Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

Ukrayna Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında sutka ərzində 1,4 minə yaxın hərbi qulluqçusunu itirib

27 İyul 2026 / 14:48
6
Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

Elbrus dağında ölən üç Bosniyalı alpinistin cəsədi tapılıb

27 İyul 2026 / 14:35
8
Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

Ukrayna Aİ-yə Bandera bayrağı altında daxil olmayacaq – Polşa Müdafiə Naziri

27 İyul 2026 / 13:00
13
CENTCOM-dan Trampa çağırış: Hörmüz boğazında zərbələr dayandırılsın

İran Hörmüz boğazında alternativ yoldan keçməyə çalışan 6 gəmini sistemlərini bağlayaraq dayandırıb

27 İyul 2026 / 12:49
5
ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

ABŞ səfiri: Tramp diplomatik danışıqlar üçün məkan yaratmaq üçün İrana hücumları dayandırıb

27 İyul 2026 / 12:17
7
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Deputat Razı Nurullayev:“Çeviklik İş Yükünün Artması Deyil”

27 İyul 2026 / 11:22
83
Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

Zelenski Baş komandanla nazirliyin qarşıdurmasını rəsmən etiraf etdi

27 İyul 2026 / 11:13
7
Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

Fransa rəsmi olaraq ABŞ-ın artıq “insan hüquqlarının çırağı” olmadığını bəyan edib

27 İyul 2026 / 10:50
6
Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

Mendel: “Zelenskinin siyasəti axmaqliqdır, qeyri-insanidir və yalnız eskalasiyaya gətirib çıxarır”

27 İyul 2026 / 10:41
18
Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

Qolos Armeniya:”Prezident Vaaqn Xaçaturyan faktiki olaraq siyasi gündəmdən kənarda qalib”

27 İyul 2026 / 10:24
8
Avropada həddindən artıq istilər və meşə yanğınları: Minlərlə insan təxliyə edildi

Yakutiyada meşə yanğını Eyik kəndinə yaxınlaşıb

27 İyul 2026 / 10:15
11
Ordumuzun daha bir giziri vəfat etdi

Ordumuzun daha bir giziri vəfat etdi

27 İyul 2026 / 10:05
16
İsmayıllıda 5 yaşlı uşaq hovuzda üzərkən öldü

Ağcabədidə 33 yaşlı gənc kanalda batıb

27 İyul 2026 / 9:56
8
Zelenski Rusiyadakı logistika mərkəzlərinə hücumlar həyata keçirdiklərini açıqlayıb

Selena ki,:”İranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”

27 İyul 2026 / 9:44
5
Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib – Fotolar

27 İyul 2026 / 9:36
9
Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

Netanyahu hökuməti:Vaşinqton İsrail Müdafiə Qüvvələrinin üç cəbhədə “bir sıra geri çəkilmələr” həyata keçirməsində maraqlıdır

27 İyul 2026 / 9:32
12
Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

Almanların 70 faizi ölkəni qorumaq üçün orduya etibar etmir

27 İyul 2026 / 9:21
11
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:“Hazırkı mərhələdə Rusiya heç bir ərazi güzəştinə getmək istəmir və müharibəni davam etdirməkdə kararlıdır”

27 İyul 2026 / 9:05
89
Rusiya tarixi səhnəni tərk edir, geri sayım başlayıb… –Vüqar Dadaşov

Vüqar Dadaşov:”Tramp Rusiyanı çöküşdən xilas etmək istəyr”

27 İyul 2026 / 8:53
107
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.