Dünya

Meksikada ilk dəfə insanda H5N1 quş qripi ştammı aşkarlanıb

5 Aprel 2025, 12:3948
Reklam728x90
Reklam320x100

Meksika Səhiyyə Nazirliyi ölkədə ilk dəfə olaraq “H5N1” quş qripi ştammının insanda aşkar edildiyini açıqlayıb. Nazirlik bildirib ki, Duranqo ştatının şimalında 3 yaşlı qız uşağında quş qripi olduğu təsdiqlənib.

Avropa.info-nun məlumatına görə Aprelin 1-də köçürüldüyü Torreon şəhərindəki xəstəxanada qızın “H5N1” virusu üçün testi müsbət çıxıb.

Vəziyyəti hələ də ağır olan uşağın müalicəsi xəstəxanada davam etdirilir.

Meksika səlahiyyətliləri H5N1-in insandan insana ötürülməsinə dair hələ heç bir sübut olmadığını vurğuladılar.

Səlahiyyətlilər xəstə və ya ölü ev quşları və ya vəhşi heyvanlarla təmasdan sonra öskürək, nəfəs almaqda çətinlik, baş ağrısı, qusma və ya  gözlərin qızarması  kimi şübhəli simptomlar yaranarsa, həkimə müraciət etməyi tövsiyə edir .

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600