22 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Mehriban Əliyeva ilə qızları Gəncədə Şah Abbas və Hüseyniyyə məscidlərini ziyarət ediblər, Onlara “Qurani-Kərim” hədiyyə olundu – Fotolar

Mart 6, 2025
Manşet
A A

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə şəhərindəki Şah Abbas və Hüseyniyyə məscidlərində olublar.

Avropa.info xəbər verir ki, məscidin imamı İsgəndər Məmmədov Birinci vitse-prezidentə Şah Abbas məscidi barədə məlumat verdi.

Qeyd olundu ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Şah Abbas məscidi və ya Gəncə Cümə məscidi Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşir. Məscid XVII əsrə aid Arran memarlıq üslubunda ərsəyə gətirilib.

Bu tarixi məscid memarlıq kompozisiyası, planlaşdırma, konstruktiv və bədii-dekorativ xüsusiyyətlərinə görə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini yaşadır.

Binanın memarlığında, xüsusilə günbəz və portalların həllində zəngin memarlıq ənənələrindən uğurla istifadə olunub. Bununla yanaşı, Arran memarlıq məktəbi üçün xarakterik olan lakoniklik və ifadəlilik də bu tarixi-dini abidədə əks etdirilib.

Bildirildi ki, 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məsciddə bərpa və təmir işləri aparılıb. Məscidin mövcud vəziyyətinə baxış zamanı bu tarixi-dini abidənin qorunub saxlanılması istiqamətində növbəti tapşırıqlar verildi.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, qızları Leyla Əliyeva və Arzu Əliyevaya “Qurani-Kərim” hədiyyə olundu.

Hüseyniyyə məscidinin mövcud vəziyyəti ilə tanışlıq zamanı isə bildirildi ki, XIX əsrdə inşa edilən bu dini ocaq, eyni zamanda, Tatlar məscidi kimi tanınır. İbadətgah mədrəsə, sonralar isə məscid kimi fəaliyyət göstərib. Hazırda bu tarixi-dini abidədə təmir-bərpa işlərinin aparılmasına zərurət yaranıb.

Məscidə baxış zamanı burada müvafiq işlərin görülməsinə dair tapşırıqlar verildi.

Qeyd edək ki, bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.

 







Əvvəlki Yazı

 F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “sağlamlıq körpəlikdən başlayır” adlı maarifləndirici təlim keçirilib

Növbəti Yazı

Çilidə 6 bal gücündə zəlzələ baş verib

XƏBƏR LENTİ

Sikorski Trampı Ukrayna münaqişəsi ilə bağlı sülh mükafatına namizəd göstərmək istəyir

Sikorski Trampı Ukrayna münaqişəsi ilə bağlı sülh mükafatına namizəd göstərmək istəyir

22 Sentyabr 2026 / 1:23
6
Polşa Rusiyanın Ukraynadakı fəaliyyəti fonunda təyyarələri havaya qaldirib

Polşa Rusiyanın Ukraynadakı fəaliyyəti fonunda təyyarələri havaya qaldirib

22 Sentyabr 2026 / 1:17
17
Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ratcliffe Zelenski ilə təyyarəsinə yanacaq doldurularkən görüşüb

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ratcliffe Zelenski ilə təyyarəsinə yanacaq doldurularkən görüşüb

22 Sentyabr 2026 / 1:08
9
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1451-ə yüksəlib

Nepalda daşqın nəticəsində ölənlərin sayı 1451-ə yüksəlib

22 Sentyabr 2026 / 0:59
18
İsraillə əlaqəli forex fırıldaqçılığı: 133 şübhəli üçün həbs tələbi

İsraillə əlaqəli forex fırıldaqçılığı: 133 şübhəli üçün həbs tələbi

22 Sentyabr 2026 / 0:52
6
Bu Ölkə Məhəmməd Salahi sürücülük hüququndan məhrum etdi

Bu Ölkə Məhəmməd Salahi sürücülük hüququndan məhrum etdi

22 Sentyabr 2026 / 0:39
13
Birinci xanım Ərdoğan: Təbiətlə münasibətimizi ölçü və ədalətlə yenidən qurmalıyıq

Birinci xanım Ərdoğan: Təbiətlə münasibətimizi ölçü və ədalətlə yenidən qurmalıyıq

21 Sentyabr 2026 / 22:31
7
Nazir Fidan: ABŞ-ın İsrailə daha çox təsir göstərəcəyini gözləyirik

Nazir Fidan: ABŞ-ın İsrailə daha çox təsir göstərəcəyini gözləyirik

21 Sentyabr 2026 / 22:22
3
Zelenski: Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulmalıdır

Zelenski: Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoyulmalıdır

21 Sentyabr 2026 / 22:03
15
Azərbaycan turizminin 2030-cu il hədəfləri – Sahibkar AÇIQLAYIR

Azərbaycan turizminin 2030-cu il hədəfləri – Sahibkar AÇIQLAYIR

21 Sentyabr 2026 / 20:50
50
Mendel:Kelloqun qızı məcburi hərbi çağırışı “azadlığın qiyməti” adlandırıb

Mendel:Kelloqun qızı məcburi hərbi çağırışı “azadlığın qiyməti” adlandırıb

21 Sentyabr 2026 / 17:32
22
İran prezidenti Pezeşkianın mətbuat komandasına ABŞ vizası verilməyib

İran prezidenti Pezeşkianın mətbuat komandasına ABŞ vizası verilməyib

21 Sentyabr 2026 / 17:24
28
Lukaşenko: Rusiya olmasaydı, Belarus Ukrayna ssenarisindən əziyyət çəkə bilərdi

Lukaşenko: Belarus Qərbi kaliumla təmin edə bilməyəcək

21 Sentyabr 2026 / 16:56
8
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

21 Sentyabr 2026 / 16:50
16
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı

21 Sentyabr 2026 / 16:44
15
Yardımlı gənclərinin təhsil uğurlarına dəstək: Məzunlarla görüş keçirilib – FOTO

Yardımlı gənclərinin təhsil uğurlarına dəstək: Məzunlarla görüş keçirilib – FOTO

21 Sentyabr 2026 / 13:36
18
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

21 Sentyabr 2026 / 13:16
7
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:”“İran özü hazırda taleyinin ölüm-qalım dilemmasını yaşayır”

21 Sentyabr 2026 / 12:28
56
İsraillə əlaqəli forex fırıldaqçılığı: 211 şübhəli ədliyyəyə sövq edildi

İsraillə əlaqəli forex fırıldaqçılığı: 211 şübhəli ədliyyəyə sövq edildi

21 Sentyabr 2026 / 11:55
8
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev:”“Vətəndaşlarla qurumlar arasında olan mübahisələrdə dövlət qurumu birmənalı olaraq qalib gəlir”

21 Sentyabr 2026 / 11:47
75
Yunan mediası: Ərdoğan Afinaya müraciət etmir

Yunan mediası: Ərdoğan Afinaya müraciət etmir

21 Sentyabr 2026 / 10:01
10
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayir

21 Sentyabr 2026 / 9:51
28
Britaniya Avropa İttifaqına qayıdır? Bütün zamanların ictimaiyyətdən ən böyük dəstəyi

Britaniya Avropa İttifaqına qayıdır? Bütün zamanların ictimaiyyətdən ən böyük dəstəyi

21 Sentyabr 2026 / 9:43
26
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

21 Sentyabr 2026 / 9:36
22
Yaponiyada güclü tayfun xəbərdarlığı verilib

Yaponiyada güclü tayfun xəbərdarlığı verilib

21 Sentyabr 2026 / 9:23
11
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

Tramp: Mən bütün İranı partlada bilərəm

21 Sentyabr 2026 / 9:17
16
Almaniyada keçirilən Berlin Dövlət Şurası seçkilərində Sol Partiya 25,7 faiz səslə qalib gəlib

Almaniyada keçirilən Berlin Dövlət Şurası seçkilərində Sol Partiya 25,7 faiz səslə qalib gəlib

21 Sentyabr 2026 / 9:11
11
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi: İranın danışıqlar masasına qayıtması üçün qapı açıqdır

21 Sentyabr 2026 / 9:08
14
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Politoloq Kaçanovski: Zelenski Goebbels modelini kopyalayır

21 Sentyabr 2026 / 9:03
24
Tokayev Putini Dövlət Dumasına uğurlu seçkilər münasibətilə təbrik edib

Tokayev Putini Dövlət Dumasına uğurlu seçkilər münasibətilə təbrik edib

21 Sentyabr 2026 / 8:55
19
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.