Ölkə

Maliyyə Nazirliyində əsaslı struktur islahatlarına start veriləcək

10 Fevral 2025, 15:55100
Reklam728x90
Reklam320x100

Yerli mediada yayılan xəbərlərə görə yaxın zamanlarda Maliyyə Nazirliyində əsaslı struktur islahatlarına start veriləcək.

Avropa.info Gundem.info.az saytı öz mənbələrinə istinadla artıq islahatlarla bağlı müvafiq təkliflərin müzakirə edildiyini yazıb.

İddiaya görə, nazirlik daxilində öncə müvafiq olaraq yerli idarələrin birləşdirilməsinə başlanacaq. Bir sıra digər nazirliklərdə olduğu kimi, Maliyyə Nazirliyinin də müvafiq olaraq regional idarələri formalaşdırılacaq.

Analoji olaraq lüzumsuz ştatların ləğv edilməsi, idarəetməni optimallaşdırmaq əsas hədəf kimi götürüləcək.

Bundan başqa rəqəmsallaşma istiqmətində də Maliyyə Nazirliyində əsaslı islahatların aparılması gözlənilir.

Məlumata əsasən, dövlət sifarişi ilə satınalmalarda şəffaflığın təmin edilməsi məqsədilə əsaslı islahatlar həyata keçiriləcək.

Satınalmalar üzrə daha effektiv işləyən elektronlaşmış sistemin yaradılması da nəzərdə tutulur.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600