Dünya

Makron və Starmer Trampla görüşəcəklər

24 Fevral 2025, 10:2654
Reklam728x90
Reklam320x100

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ lideri Donald Trampı Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək üçün Avropa öhdəlikləri müqabilində Ukrayna münaqişəsinin həllində Rusiya ilə danışıqlardan imtina etməyə inandırmağa çalışacaq.

Avropa.info xəbər verir ki, bu barədə “Tayms” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, hər iki ölkənin lideri yanaşmalarını koordinasiya etmək və Trampın münaqişəyə son qoymaq planlarına təsir göstərməyə çalışmaq barədə razılığa gəlib.

Qeyd edək ki, Makron bazar ertəsi, Starmer isə cümə axşamı ABŞ-a səfər edəcək.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600