Dünya

“Mən hesab edirəm ki, Amerika prezidentinin müttəfiqini təhdid edə bilməsi həyasızlıqdır”-Rasmussen

13 May 2025, 08:5833
Reklam728x90
Reklam320x100

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməklə bağlı hədələri Danimarkanı getdikcə narahat edir.

Avropa.info xəbər verir ki, bu barədə ölkənin sabiq baş naziri və NATO keçmiş baş katibi Anders Foq Rasmussen “Politiko”ya müsahibəsində danışıb.

O, Qrenlandiyanın Danimarkanın bir hissəsi olduğunu və qrenlandiyalıların amerikalı olmaq istəmədiyini vurğulayıb:

“Mən hesab edirəm ki, Amerika prezidentinin müttəfiqini təhdid edə bilməsi həyasızlıqdır. Danimarka ABŞ-ın ən yaxın və etibarlı müttəfiqlərindən biridir”.

Onun sözlərinə görə, son onilliklərdə Amerika Qrenlandiyada yalnız hərbi mövcudluğunu azaldıb, baxmayaraq ki, orada bazalar yaratmaq hüququ var.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600