10 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

“Məkkə sazişi”nə İran da qoşulur?-Vüqar Dadaşov yazir

Avqust 13, 2026
Siyasət
A A

 

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə əməkdaşlığı sazişi ilk baxışdan ABŞ və İsrailin İranla qarşıdurması fonunda meydana çıxmış, əsasən İrana və ya İsrailə qarşı yönəlmiş yeni hərbi blok kimi qiymətləndirilir. Lakin geosiyasi proseslərin dərin təhlili göstərir ki, bu saziş təkcə cari təhlükəsizlik problemlərinə cavab deyil, həm də İslam dünyasının gələcək kollektiv təhlükəsizlik modelinin əsasını təşkil edə biləcək strateji layihə ola bilər.

Bu baxımdan ən diqqətçəkən məqam Səudiyyə Ərəbistanında son onillikdə həyata keçirilən daxili transformasiyadır. Uzun illər vəhhabi ideologiyası əsasında idarə olunan ölkədə dini institutların, xüsusən də Ali Dini Şuranın (Heyət Kibar əl-Üləma) yenidən təşkil edilməsi, dini polisin (Əmr bil-Məruf) səlahiyyətlərinin məhdudlaşdırılması, radikal din xadimlərinin vəzifədən uzaqlaşdırılması, bəzilərinin isə həbs olunması, eləcə də qadınların hüquqlarının genişləndirilməsi, musiqi və ictimai-mədəni tədbirlərə qoyulan qadağaların aradan qaldırılması dövlətin daha mülayim dini-siyasi model formalaşdırmaq istiqamətində addımlar atdığını göstərir. Rəsmi Ər-Riyad vəhhabizmdən imtina etdiyini bəyan etməsə də, aparılan islahatlar faktiki olaraq bu istiqamətdə dönüşün mühüm əlamətləri kimi qiymətləndirilə bilər.

Məhz belə bir transformasiya fonunda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə əməkdaşlığı artıq yalnız sünni dövlətlərinin yaxınlaşması deyil, daha geniş miqyasda İslam dünyasının ortaq təhlükəsizlik platforması cəhdi kimi də dəyərləndirilə bilər. Bu modelin İslam dünyasında məzhəb fərqlərini arxa plana keçirərək ümumi təhlükəsizlik perspektivi yaratması da istisna deyil.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də İranın bu sazişin ona qarşı yönəldiyini düşünmədiyini və bunu region ölkələrinin təhlükəsizlik məsələlərində xarici güclərdən daha az asılı olmaq cəhdi kimi qiymətləndirdiyini bildirib.

Belə bir ssenari İranla bağlı da yeni geosiyasi ehtimallar yaradır. Artıq İranda zəifləmiş Ali dini lider institutunun və SEPAH-ın faktiki hakimiyyətdən kənarlaşdırılması qlobal güc mərkəzlərinin əsas strateji hədəfi kimi özünü göstərir və İrana qarşı tətbiq edilən hərbi güc, iqtisadi və dəniz blokadası paralel olaraq ölkədə daxili transformasiya şəraitinin yaradılmasına hesablanıb. Dini ideoloji cəbhələr olan vəhhabizm və şiəçilik kontekstində Səudiyyə Ərəbistanının vəhhabizmdən, İranın isə fars radikal şiə konsepsiyasından imtina etməsinin müəyyən razılıq daxilində baş verməsi ehtimalı da istisna deyil. İranda siyasi sistemdə fundamental dəyişikliklər baş verərsə, regionun ümumi təhlükəsizlik mexanizminə inteqrasiya, o cümlədən “Məkkə sazişi”nə qoşulması ehtimalı yüksəkdir.

Digər mühüm amil ABŞ faktorudur. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Vaşinqtonla müxtəlif səviyyələrdə strateji tərəfdaşlıq münasibətlərinə malik dövlətlərdir. Bu səbəbdən “Məkkə sazişi” kimi müdafiə platformasının ABŞ-ın ən azı dolayısı ilə razılığı və ya etirazı olmadan formalaşması geosiyasi qiymətləndirmələr sırasındadır. Eyni zamanda, son illərdə Vaşinqtonun regionun təhlükəsizliyində birbaşa iştirakını azaltmaq və məsuliyyətin daha çox regional dövlətlər tərəfindən bölüşdürülməsi yanaşması da bu ehtimalı gücləndirən amillərdən biridir.

Beləliklə, Məkkə müdafiə sazişi yalnız üç dövlət arasında imzalanmış hərbi əməkdaşlıq sənədi deyil. O, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının, gələcəkdə isə daha geniş İslam kollektiv təhlükəsizlik sisteminin başlanğıcı kimi də qiymətləndirilə bilər. Bunun nə dərəcədə reallaşacağını isə regionda, xüsusilə İranın daxili siyasi transformasiyası və qlobal güclərin geosiyasi seçimləri müəyyən edəcək.

Vüqar Dadaşov (MCP) Milli Cəbhə Partiyasınin Başqan Müavini,Politoloq

Avropa.info

Əvvəlki Yazı

Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Növbəti Yazı

İranın xarici işlər naziri Trampa xəbərdarlıq edib: “Hörmüz boğazında daha böyük səhvə yol verməyin

XƏBƏR LENTİ

İspaniyada sağ və ifrat sağçı partiyaların İsrailə açıq dəstəyi müzakirə olunur

İspaniyada sağ və ifrat sağçı partiyaların İsrailə açıq dəstəyi müzakirə olunur

10 Sentyabr 2026 / 17:11
37
Birinci xanım Ərdoğandan Milli Nəbatat Bağına səfər

Birinci xanım Ərdoğan Fəthiyədə dənizin mühafizəsi kampaniyasına dəstək verir

10 Sentyabr 2026 / 16:40
24
Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

Rusiyalı turist Türkiyədə təcavüzə görə həbs edilib

10 Sentyabr 2026 / 14:16
28
İspaniya tarixinin ən isti yayı keçirib

İspaniya tarixinin ən isti yayı keçirib

10 Sentyabr 2026 / 13:54
15
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyev İƏT-in Baş katibini təbrik edib

10 Sentyabr 2026 / 12:49
3
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Tərəflər arasında bu məsələlərlə bağlı hər hansı ciddi razılaşmanın əldə olunması çətin görünür”

10 Sentyabr 2026 / 11:38
63
Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

Filippində sərnişin bərəsində baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 87 nəfər itkin düşüb

10 Sentyabr 2026 / 10:54
27
Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

Xocalıda mina partlayışı baş verib- Xəsarət alan var

10 Sentyabr 2026 / 10:03
17
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

10 Sentyabr 2026 / 10:00
18
Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

Şəkidə baş verən hadisə ilə bağlı cinayət işi başlanıb

10 Sentyabr 2026 / 9:55
26
Zərdabda Traktorla toqquşan “KİA”markali avtomobildə  yanaraq ölən 5 nəfərin kimliyi məlum oldu  Yenilənib-foto- video

Zərdab Sakinləri Rayon Polis Əməkdaşlarina Təşəkkür Etdilər

10 Sentyabr 2026 / 9:49
442
ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

ABŞ prezidenti Tramp Respublikaçılar qalib gələrsə, amerikalılara 5 min dollar ödəyəcəyini vəd edir

10 Sentyabr 2026 / 9:07
10
İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

İranın şübhəli nüvə obyektində tikinti fəaliyyəti: ABŞ dərin bunkerlərə zərbələr endirməyi planlaşdırır

10 Sentyabr 2026 / 8:59
6
Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

Trampın təyyarəsində fövqəladə sürüşmə böhran yaratdı

10 Sentyabr 2026 / 8:53
13
ABŞ hücum dalğasının tamamlandığını açıqladı

WSJ: İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 / 8:39
10
25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

25 ailə Cəbrayılın Şukurbəyli kəndinə,  doğma yurduna qayıdır – Fotolar

10 Sentyabr 2026 / 8:31
12
Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

Biləcəri qəsəbəsində çörək emalı müəssisəsində nöqsanlar aşkarlanı -Fotolar

09 Sentyabr 2026 / 16:02
3
Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

Deputat Asif Əsgərov Zaqatalada şəhid ailəsi ilə görüşüb – FOTOLAR

09 Sentyabr 2026 / 15:35
13
Prezident İlham Əliyev iki  ölkəyə  yeni səfir təyin etdi

Prezident İlham Əliyevdən Şarovskinin vəfatı ilə bağlı – Nekroloq

09 Sentyabr 2026 / 15:30
13
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ: Hörmüzdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus heç bir hərbi gəmi vurulmayıb

09 Sentyabr 2026 / 15:25
15
Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

Prezident İlham Əliyev və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi

09 Sentyabr 2026 / 14:50
15
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir – Foto

09 Sentyabr 2026 / 14:42
12
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev: “Söhbət uşağın məktəb həyatına mümkün qədər rahat başlamasından gedir”

09 Sentyabr 2026 / 13:11
74
Prezident İlham Əliyev Qazaxıstana Prezidenti Tokayevlə görüşdü – Fotolar

Prezident İlham Əliyev Tacikistan Prezidentini təbrik edib

09 Sentyabr 2026 / 12:24
9
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”Ziddiyyətli və xurafatla qarışmış hədislər və Qurandan qeyri mətnlərlə heç bir nailiyyət əldə etmək olmaz”

09 Sentyabr 2026 / 10:56
71
İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

İran Hörmüz boğazında ABŞ-a məxsus 2 gəmi, 8 tanker və 10 müxtəlif gəmini hədəf aldığını açıqlayıb

09 Sentyabr 2026 / 10:13
10
Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

Samuxda 39 yaşlı qadını qardaşı bıçaqlayıb

09 Sentyabr 2026 / 9:23
1
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

09 Sentyabr 2026 / 9:04
22
Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

Tarixin ən böyük kriptovalyuta oğurluğundan biri: 245 milyon dollar

09 Sentyabr 2026 / 8:42
28
İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

İsveç ölkəni tərk edən immiqrantlara 36 min dollar ödəyəcək

09 Sentyabr 2026 / 8:36
25
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.