Dünya

London Hitrou hava limanı elektrik kəsilməsi səbəbindən gecə yarısına qədər bağlanıb

21 Mart 2025, 09:2428
Reklam728x90
Reklam320x100

Londonun Hitrou hava limanı ərazidəki elektrik yarımstansiyasında baş verən yanğın və ardınca yaranan fasilə səbəbindən bu gün gecə yarısına qədər bağlı olacaq.

Avropa.info-nun məlumatına görə Aeroportdan verilən açıqlamada bildirilir ki  ,  hava limanını qidalandıran elektrik  transformator mərkəzində yanğın baş verdikdən sonra bu gün gecə yarısına qədər bağlanıb.

Bütün sərnişinlərə hava limanına getməmələri tövsiyə edilən açıqlamada əlavə edilib: “Sərnişinlərimizin və həmkarlarımızın təhlükəsizliyini təmin etmək üçün Heathrow 21 mart saat 23.59-a qədər bağlı olacaq.” ifadələrdən istifadə edilmişdir.

Hitrou hava limanının bağlanması Londonun qərbindəki elektrik yarımstansiyasında baş verən  yanğının  bir çox evi işıqsız qoymasından sonra baş verib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600