Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti bu gün Şəhidlər xiyabanını ziyarət edib.
Avropa.info AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.












