Hadisə

Lənkəran -Masall yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib- 4 nəfər xəsarət alıb

2 Mart 2025, 08:5131
Reklam728x90
Reklam320x100

Lənkəranda “VAZ-2107” markalı minik avtomobili yol kənarında dayanan, mişar daşı ilə yüklənmiş yük maşınının qoşqusuna çırpılıb.

Avropa.info Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə Separadi kənd sakinləri – 2008-ci il təvəllüdlü F. Əhmədzadə, 2004-cü il təvəllüdlü Ziya Canıyev, 1997-ci il təvəllüdlü Şahrza Rzayev və 1998-ci il təvəllüdlü Fərid Əzimov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Fərid Əzimovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimallara görə, qəza yolun buzlu olması və sürücünün idarəetməni itirməsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600