Dünya

Kiyev mümkün sülhdən sonra Ukraynanın təhlükəsizliyinin təminatında Türkiyənin də iştirakını istəyir

19 Fevral 2025, 07:1669
Reklam728x90
Reklam320x100

Türkiyə mediası bu fotonu “Ukrayna üçün Türkiyə çətiri” qeydi ilə paylaşıb. Yerində olan təsbitdir. Zelenskinin Ankara səfəri Rusiya ilə mümkün danışıqlarda və Ukraynanın gələcəyinin inşasında Türkiyəni yanlarında görmək/göstərmək məqsədi daşıyır.

Bunu bir neçə kontekstdə dəyərləndirmək olar:

Birincisi, ABŞ-Rusiya danışıqlarına Türkiyə üzərindən alternativin yaradılmasıdır: ABŞ-ın müdaxiləsi fonunda bunun mümkünlüyü bir qədər çətin görünsə də, Ankaranın Moskva ilə münasibətləri və Ukrayna müharibəsində indiyə qədər yeganə uğurlu vasitəçi olması Kiyevin onsuz Moskva ilə danışan Vaşinqton qarşısında əlini gücləndirir və maraqlarının nəzərə alınmadığı masadan qaçmaq imkanlarını artırır;

İkincisi, Ukrayna mümkün danışıqlar masasında mövqeləyini gücləndirmək üçün Türkiyəni iştirakçılardan biri kimi irəli sürə bilər (artıq Zelenski buna işarə etdi);

Üçüncüsü, Kiyev mümkün sülhdən sonra Ukraynanın təhlükəsizliyinin təminatında Türkiyənin də iştirakını istəyir: Ankaranın prosesə daxil olması Ukraynaya Qərb/NATO cəbhəsində dəstək perspektivlərini artıran amillərdəndir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600