27 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Jurnalist etikasına zidd çıxışlar: Sözlə zərər verməyin! – Rəsul Mirhəşimli yazır

Sentyabr 4, 2025
Cəmiyyət, Manşet
A A

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdış Proqramı çərçivəsində mərhələli şəkildə əhalinin köçürülməsi prosesi hələ də davam edir. Bunu artıq hamımız eşidirik, izləyirik, bəzən şəxsən tanıdığımız insanların geri qayıtdığına şahid oluruq. Təbii ki, bu proses bir-iki ilə həll olunacaq məsələ deyil. Bu proses həm infrastruktur, həm təhlükəsizlik, həm də sosial uyğunlaşma baxımından zaman və səbr tələb edən böyük bir dövlət layihəsidir. Belə bir həssas dönəmdə medianın, xüsusilə də jurnalistlərin hansı sözləri necə seçməsi, nəyə necə toxunması ciddi məsələdir. Çünki cəmiyyətin ruhunu pozmaq bəzən bircə cümləlik yanlış ifadə ilə mümkündür.

Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentlərini zəbt etmiş məcburi köçkünlərlə bağlı məlum çıxışlar bu məsələnin müzakirələrində qarşılıqlı ittihamlara, aşağılamağa, hətta təhqirlərə yol açıb. Söhbət təkcə fərdi fikirdən yox, açıq-aşkar ittihamedici və əsəb gərginliyinə səbəb olan, narahatlıq doğuran ifadələrdən gedir. “Kefinizdən gəlməmisiniz, amma kefinizdən də getmək istəmirsiniz” ifadəsi birmənalı qarşılanmayacaq qədər ciddi ittihamla doludur. Bu ifadə sanki illərlə doğma yurdlarından ayrı düşmüş, şəraitsizlik içində yaşamış insanların vəziyyətini bir cümləyə sığışdıraraq məsuliyyəti onların üstünə atır. Bu, sosial ədalət baxımından, yumşaq desək, etik deyil, başqa bir yandan isə təhlükəlidir.

Bu çıxış yayılandan sonra sosial şəbəkələrdə qızğın müzakirələr başlayıb, belə görünür ki, bundan sonra da günlərlə davam edəcək. Bəzi insanlar “Rədd olun gedin torpaqlarınıza!” kimi sərt, hətta təhqiredici ifadələr paylaşmağa başlayıblar. Bu, artıq fərdi fikir deyil, cəmiyyət daxilində qarşıdurma toxumlarının səpilməsi deməkdir. İllərlə birlikdə yaşamış, eyni dərdləri bölüşmüş əhalini müxtəlif qruplara bölərək şəxsi ədavətə yol aça biləcək ifadələrdən ibarət olan jurnalist ritorikası vətəndaşlar arasında həmrəyliyi zədələyə bilər.

Qanunvericilik baxımından da bu cür ifadələr ciddi narahatlıq doğurur. “Media haqqında” Qanunun 14-cü maddəsində çox açıq şəkildə yazılıb ki, jurnalist insan ləyaqətini alçalda bilməz, milli birliyi pozacaq fikirlər səsləndirə bilməz, ayrı-seçkilik yaradan ritorikadan uzaq durmalıdır. Bu, təkcə qanun deyil, həm də peşə etikasıdır. Əgər biz bu prinsipləri nəzərə almasaq, sabah hər kəs mikrofonu əlinə alıb kimisə hədəf göstərə bilər və bu da cəmiyyətin sabitliyini kökündən poza bilər.

Maraqlıdır ki, bu gün bəzi insanlar düşünür ki, “ifadə azadlığı” adı ilə istənilən söz deyilməlidir. Amma ifadə azadlığı başqa insanların hüquqlarına toxunmağa icazə vermir. Xüsusilə də köçkünlük kimi ağrılı, şəxsi və tarixi bir məsələ haqqında danışarkən. Bu insanlar təkcə torpaqlarını yox, eyni zamanda doğmalarını, həyatlarını, xatirələrini də itiriblər. Onların nə zaman, necə, hansı şəraitdə geri qayıtması dövlətin və həmin ərazilərdən olan Azərbaycan vətəndaşlarının ortaq qərarı ilə olmalıdır, başqasının ultimatum şəklindəki çıxışları ilə yox.

Beynəlxalq jurnalist etikası prinsiplərində də eyni mövqedə dayanılır. IFJ-nin (Beynəlxalq Jurnalistlər Federasiyası) qəbul etdiyi etik kodeks jurnalistin cəmiyyətdə qarşıdurma yaratmaqdan çəkinməsini, xüsusilə həssas qruplara qarşı ehtiyatlı davranmasını tələb edir. Bu, sadəcə beynəlxalq sənəd deyil, həm də vicdan məsələsidir. Bəzi insanlar bilməlidir ki, jurnalistika yalnız informasiya vermək deyil, eyni zamanda cəmiyyətin ruhuna toxunmaq məsuliyyətidir. Bəzən bir cümlə, yanlış seçilmiş bir söz uzun illərin yaratdığı etimadı ciddi şəkildə zədələyə bilər. Bu yazını yazarkən məqsədim heç kimi ittiham etmək deyil, sadəcə bu cür çıxışların yaratdığı sosial riskləri göstərməkdir.

P.S. Qeyd edim ki, kiminsə başqasının mülkiyyət hüququna müdaxilə etmək kimi qanundan kənar hərəkətini müdafiə etmirəm. Bu hərəkəti məcburi köçkünün, yaxud ölkənin başqa vətəndaşlarının etməsi mənim üçün eyni anlam daşıyır.

Rəsul Mirhəşimli

Əvvəlki Yazı

Rusiya qəzaya uğrayan təyyarəyə görə kompensasiya ÖDƏYİB

Növbəti Yazı

Vaqif Sultanlının “Ölüm yuxusu” kitabı Gürcüstanda yayınlandı

XƏBƏR LENTİ

Respublika Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, dramaturq Seyfəddin Dağlının xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Əməkdar incəsənət xadimi, dramaturq Seyfəddin Dağlının xatirəsi anılıb

27 Avqust 2026 / 17:31
24
Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

Azərbaycan XİN Rusiyadakı səfirliyimizin qonaq evi qarşısındakı təxribatla bağlı bəyanat yaydı

27 Avqust 2026 / 16:38
12
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Azərbaycanda da son illərdə açıqlanan demoqrafik statistika doğum sayında azalma tendensiyasının olduğunu göstərir”

27 Avqust 2026 / 0:11
12
İranın xarici işlər naziri BMT-yə yazdığı məktubda ABŞ-ın yeni sanksiyalarını iqtisadi terrorizm kimi qiymətləndirib

İranın xarici işlər naziri BMT-yə yazdığı məktubda ABŞ-ın yeni sanksiyalarını iqtisadi terrorizm kimi qiymətləndirib

26 Avqust 2026 / 23:49
12
Bakıda qətl hadisəsi baş verib

Bakıda qətl hadisəsi baş verib

26 Avqust 2026 / 20:38
7
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kursk vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində 3 nəfər yaralanıb

26 Avqust 2026 / 19:26
3
Trampdan İrana yardım edən ölkələrə iqtisadi təhlükə

Tramp ABŞ-ın İranla müharibəsinin tezliklə başa çatdığını açıqlayıb

26 Avqust 2026 / 18:04
18
Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

Tramp MKİ rəhbəri Ratkliffin Rusiyaya səfərinin səbəbləri ilə bağlı yayılan şayiələri təkzib edib

26 Avqust 2026 / 17:59
14
Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

Ermənistanın sabiq prezidenti Köçəryan xəstəxanadan məhkəməyə aparılıb

26 Avqust 2026 / 17:50
5
Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

Cozef Aun: Cənubdakı məqsədlərimizə çatmaq üçün İsraillə danışıqlar aparmaqdan başqa seçimimiz yoxdur

26 Avqust 2026 / 17:43
16
Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

Azərbaycan XİN Pakistandakı yanğınla bağlı başsağlığı verdi

26 Avqust 2026 / 17:34
2
İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

İsrail işğal altındakı UNRWA Kalendiya Təlim Mərkəzindəki qüvvələrini gücləndirib

26 Avqust 2026 / 17:28
3
İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

İran İnqilabı Keşikçiləri Korpusu: İran və Oman Hörmüz boğazı sularında paylarına dair razılığa gəliblər

26 Avqust 2026 / 17:08
31
Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

Antalyadan ölkəsinə qayıdan rusiyalı sərnişin təyyarədə dünyasını dəyişib

26 Avqust 2026 / 16:59
1
Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

Kreml: Rusiya və ABŞ xüsusi xidmət orqanları arasında təmaslar olub

26 Avqust 2026 / 16:49
12
Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Eks Prezident Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu

26 Avqust 2026 / 16:44
14
Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

Mehriban Əliyeva qızı Arzu Əliyeva ilə açılışda – Fotolar

26 Avqust 2026 / 16:40
21
İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

İqtisadçı: “Kanada ABŞ-la təhlükəli iqtisadi müharibənin astanasındadır”

26 Avqust 2026 / 12:39
8
Birinci xanım Ərdoğandan Dünya Əmizdirmə Həftəsi paylaşımı

Birinci xanım Ərdoğan: Ümid edirəm ki, Malazgirtin çoxəsrlik ruhu gələcəyimizə rəhbərlik etməyə davam edəcək

26 Avqust 2026 / 12:28
13
Prezident İlham Əliyev Britaniya səfirini qəbul etdi – Foto

Prezident İlham Əliyev “Sabah” komandasıni təbrik etdi-Foto

26 Avqust 2026 / 12:15
22
Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

Stubb Rusiya ilə münaqişədə Ukrayna üçün müsbət nəticə təqdim edib

26 Avqust 2026 / 12:11
13
Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

Ukrayna ordusu “Lukoyl”un ən böyük neft emalı zavoduna zərbələr endirib

26 Avqust 2026 / 12:05
9
Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

Yolumuz Borçalıyadır… – Rafiq Daşdəmirli Yazir

26 Avqust 2026 / 11:56
56
Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

Zaxarova:”Almaniya Üçüncü Reyxdən nümunə götürərək rusofobiyanın yuvasına çevrilib”

26 Avqust 2026 / 10:22
7
Ermənistanin keçmiş prezidenti həbs olundu

Məhkəmə Ermənistanın eks-prezidenti Köçəryanın ikinci oğlunu da həbs edib

26 Avqust 2026 / 10:11
22
Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

Deputat Polad Bülbüloğlunun yeni həyat yoldaşı tanınmış rəqqasə imiş – Fotolar

26 Avqust 2026 / 10:01
23
Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

Razi Nurullayev:”Əsas prinsip ondan ibarət olmalıdır ki, komissiya haqqı şəffaf olsun”

26 Avqust 2026 / 9:53
57
Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

Rostov vilayətinə gecə hücumu: 40 pilotsuz təyyarə vuruldu

26 Avqust 2026 / 8:57
21
Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

Kotovskdakı Wildberries anbarında yanğın 100 min kvadratmetrə çatıb

26 Avqust 2026 / 8:52
8
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiyanın 16 bölgəsində bir gecədə 426 Ukrayna PUA vurulub

26 Avqust 2026 / 8:44
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.