Dünya

İsrailin Qəzza zolağında törətdiyi soyqırım hücumları nəticəsində ölənlərin sayı 48 453 nəfərə çatıb

8 Mart 2025, 21:3144
Reklam728x90
Reklam320x100

İsrailin 7 oktyabr 2023-cü il tarixindən bu yana davam edən hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 48 saatda dağıntılar altından çıxarılan biri də daxil olmaqla 7 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.

Avropa.info-nun məlumatına görə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi  yanvarın 19-da İsrail  ilə  Həmas  arasında əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra İsrail ordusunun hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb .

Açıqlamada bildirilib ki, son 48 saatda biri dağıntılar altından çıxarılan 7 nəfərin cəsədi xəstəxanalara çatdırılıb, 8 nəfər isə yaralanıb.

İşğalçı İsrailin  Qəzza  zolağına 2023-cü il oktyabrın 7-dən 19 yanvarda atəşkəsə qədər davam edən hücumlarında həyatını itirən fələstinlilərin sayının 48 min 453-ə, yaralı sayının isə 111 min 860-a yüksəldiyi bildirilib.

HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.

Qəzza Səhiyyə Nazirliyi atəşkəs razılaşmasından sonra İsrailin Qəzza zolağına birbaşa hücumları nəticəsində 116 fələstinlinin öldüyünü, 490 nəfərin isə yaralandığını açıqlayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600