Dünya

İsrailin blokadasına aldığı Qəzza müharibədən bəri ən pis humanitar vəziyyətlə üzləşib

15 Aprel 2025, 10:1137
Reklam728x90
Reklam320x100

Bildirilib ki, İsrailin martın 2-dən sərhəd qapılarını bağladığı və sərt mühasirəyə aldığı Qəzzada ən pis humanitar vəziyyət 7 oktyabr 2023-cü ildən yaşanmaqdadır.

Avropa.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının  Humanitar İşlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada, 1,5 aydır Qəzzaya heç bir yardımın buraxılmadığı xatırladılıb.

“Humanitar vəziyyət, yəqin ki, müharibənin başlamasından bu yana keçən 18 ayın ən pisidir” deyən açıqlamada, bu günə qədər yardım axınının olmadığı ən uzun müddət olduğu vurğulanıb.

İsrail  HƏMAS  ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsinin sona çatmasından sonra martın 2-dən  Qəzza  zolağına humanitar yardımın daxil olmasını dayandırmaq qərarına gəlib .

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail  ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600