Dünya

 İsrail Qəzzanın şimalında dializ mərkəzini məhv etdi

2 İyun 2025, 08:098
Reklam728x90
Reklam320x100

 İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Nura əl-Kabi Dializ Mərkəzini tamamilə yerlə-yeksan etdiyi bildirilib.

Avropa.info xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi Qəzzanın şimalında böyrək xəstələrinə xidmət göstərən mərkəzə edilən hücumla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada dializ mərkəzinin  dağıdılmasının böyrək xəstələrini gözlənilməz nəticələrlə fəlakətə sürüklədiyi vurğulanıb  və böyrək xəstələrinin 41 faizinin müharibə illərində dializ mərkəzlərinə girişlərinin bağlanması və bu mərkəzlərin dağıdılması səbəbindən dünyasını dəyişdiyi vurğulanıb  .

İsrailin Qəzzanın şimalındakı xəstəxanaları və xüsusi qayğı mərkəzlərini boşaltmaq üçün təhlükəli üsuldan istifadə etdiyi bildirilir.

Səhiyyə Nazirliyi  facebook  səhifəsində dializ mərkəzinin sökülməmişdən əvvəlki və sonrakı fotolarını paylaşıb .

Qəzzadakı hökumət  media ofisi mayın 28-də bildirib ki, 2023-cü il oktyabrın 7-dən bəri böyrək xəstəliyindən əziyyət çəkən 26 nəfər lazımi tibbi yardım və qida  çatışmazlığı səbəbindən   dünyasını dəyişib .

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600