Dünya

İsrail ordusunun Qəzzaya qarşı hücumu zamanı fələstinli qadın jurnalist həlak olub

16 Aprel 2025, 16:1860
Reklam728x90
Reklam320x100

Fələstinli jurnalist Fatma Hasune İsrailin Qəzza zolağına hücumu nəticəsində həyatını itirib.

Avropa.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyi,  İsrail  ordusunun  Qəzza şəhərinin Tuffah məhəlləsində Hasune ailəsinin evini bombalaması  nəticəsində həyatını itirənlər arasında jurnalist Fatma Hasunənin də olduğunu bildirib.

Hökumətin Qəzzadakı  Media Ofisinin  məlumatına görə, İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 212-yə yüksəlib .

İsrail  döyüş təyyarələrinin  Qəzza şəhərinin Tuffah məhəlləsində Hasune ailəsinin evini hədəf aldığı hücumda 10 fələstinlinin həyatını itirdiyi açıqlanıb.

İsrail ordusu yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsi pozaraq, martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 1652 fələstinli həyatını itirib, 4391 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 51 min 25 nəfərə, yaralıların sayı isə 116 min 432 nəfərə yüksəlib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600