Dünya

İsrail ordusu bu gün Qəzzada ən azı 26 fələstinlini öldürüb

4 Aprel 2025, 18:5131
Reklam728x90
Reklam320x100

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 26 fələstinli ölüb, çoxlu sayda yaralı var.

Avropa.info-nun məlumatına görə İsrail  ordusu  Qəzza zolağının  cənubunda Xan Yunisin şərqində bir qrup fələstinlini hədəfə alıb .

Hücumda 2 uşaq həyatını itirib, çox sayda insan yaralanıb.

İsrailin Qəzzanın qərbində motosikleti hədəf alması nəticəsində bir fələstinli həlak olub. Hadisə zamanı xəsarət alanlar da olub.

Qəzzanın şərqindəki Şucayyə məhəlləsinə edilən hücumda  fələstinli ana  və uşağı həlak olub, çoxlu sayda insan yaralanıb .

İsrail  döyüş təyyarələrinin Xan Yunisin cənub-şərqindəki Əl-Menara məhəlləsində bir evi bombalaması  nəticəsində 19 fələstinli həlak olub, çoxlu sayda insan yaralanıb .

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şimalına endirdiyi hava zərbəsi nəticəsində iki nəfər həlak olub.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600