Dünya

İrandan atılan raketlərin bir hissəsi Təl-Əvivə və onun ətrafına düşüb

16 İyun 2025, 09:3720
Reklam728x90
Reklam320x100

İranın İsrailə qarşı son raket hücumunda hava hücumundan müdafiə sistemlərindən yan keçən bəzi raketlər Təl-Əviv və onun ətraf ərazilərini vurub.

Avropa.info xəbər verir ki, Səhər saatlarında İrandan İsrailə doğru atılan intensiv raket atışları səbəbilə İsrailin geniş ərazilərində hücum həyəcan siqnalları çalınıb.

Hava hücumundan müdafiə sistemlərindən yan keçən bəzi raketlər Təl-Əviv və onun ətraf ərazilərini vurub. Ən azı bir raketin Tel-Əvivin mərkəzinə düşdüyü, güclü partlayışın ardınca raketdən sıx tüstünün qalxdığı müşahidə edilib.

İsrail  ordusunun  sözçüsü sığınacaqları tərk etməyin mümkün olduğunu, xilasetmə qruplarının zərər çəkmiş ərazilərə doğru hərəkət etdiyini bildirib. İsrail ordusu, vurulan ərazilərin şəkillərinin və yerlərinin paylaşılmaması və “İranın hücumlarını inkişaf etdirmək üçün onlardan istifadə edə biləcəyi” barədə xəbərdarlıq edib.

 

İrandan atılan raketlərin bir hissəsi Təl-Əvivə və onun ətrafına düşüb

Digər tərəfdən partlayışların Təl-Əvivin Quş Dan bölgəsində, Petah Tikva şəhərindəki binalarda ağır dağıntılara səbəb olduğu, yanğın və xilasetmə qruplarının oraya yönəldiyi qeyd edilib.

Sosial mediada İsrailin şimalındakı liman şəhəri Hayfada  neft  emalı zavodları,  elektrik stansiyaları və sənaye obyektlərinin yerləşdiyi  əraziyə düşən raketin uzaqdan görüntüləri paylaşılıb.

İsrailin fövqəladə yardım xidməti, Davudun Qırmızı Ulduzu, ilkin məlumatlara görə, biri ağır olmaqla 25 nəfərin yaralandığını bildirib.

 

İrandan atılan raketlərin bir hissəsi Təl-Əvivə və onun ətrafına düşüb

Münaqişə İsrailin İrana şiddətli hücumları ilə başlayıb

İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.

 Hücumlarda İranın Baş  Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək səviyyəli komandirlər və 9 nüvə alimi həlak olduğu halda, mülki itkilərin ümumi sayının 224 olduğu açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 16 nəfərin öldüyü, 400-dən çox insanın yaralandığı bildirilib.

Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600