Səfir Cəlali Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu terror aktı adlandırıb.
İran Ukraynanın Xəzər dənizində ona məxsus ticarət gəmisinə hücumunu terror aktı hesab edir.
Avropa.info xəbər verir ki, bu barədə RİA Novosti-yə İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib.
“Bu, İran bayrağı altında üzən, kommersiya yükləri daşıyan mülki gəmiyə qəsdən hücum idi. Bu hücum terror və cinayət aktı hesab olunur”, – diplomat bildirib.
Cəlali qeyd edib ki, Kiyev dəymiş ziyanı kompensasiya etməlidir. Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən Qərb ölkələri Ukrayna tərəfinin hərəkətlərinə görə məsuliyyət daşımalıdır.
Xatırladaq ki, hücum iyulun 25-də baş verib və kommersiya yükləri daşıyan İran bayrağı altında üzən mülki gəmiyə qarşı yönəlib. Nəticədə bir ekipaj üzvü həlak olub, bir neçə nəfər isə yaralanıb.
Daha əvvəl də Ukraynanın Xəzər dənizində gəmiyə hücumundan sonra İranın cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirmişdi. Xarici İşlər Nazirliyi bu hərəkətlərin nəticələrinə görə məsuliyyətin Kiyev və onun müttəfiqlərinin üzərinə düşəcəyini vurğulayıb.





























