Dünya

İran: ABŞ bazasına hücum Qətərə qarşı bir hərəkət kimi qəbul edilməməlidir

24 İyun 2025, 16:3219
Reklam728x90
Reklam320x100

İranın xarici işlər naziri Abbas Erakçi Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə ABŞ və İsrailin İrana hücumundan sonra bölgədə baş verən son hadisələri müzakirə edib.

Avropa.info xəbər verir ki, İran  Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Erakçi Qətərli həmkarı Əl Tani ilə telefon danışığı aparıb.

Görüş zamanı Erakçi iki ölkə arasında münasibətlərin “dost və güclü” olduğunu bildirib və İranın bu hərtərəfli əlaqələri “yaxşı qonşuluq və qarşılıqlı maraqlar əsasında” qoruyub saxlamaq və gücləndirmək əzmində olduğunu bildirib.

Erakçi İranın  ABŞ-ın  Əl Udeid bazasına qarşı hərəkətinin “ABŞ-ın 22 iyunda İranın ərazi bütövlüyü və milli suverenliyinə hərbi hücumuna cavab olaraq özünümüdafiə hüququ çərçivəsində” həyata keçirildiyini bildirib və  bu addımın “dost və qardaş Qətər  hökumətinə qarşı bir hərəkət” kimi qiymətləndirilməməsi lazım olduğunu vurğulayıb .

ABŞ və İsrailin İrana hücumlarına toxunan Erakçi ölkəsinin “region ölkələri ilə məsləhətləşəcəyini və İranla digər region ölkələri arasındakı dostluq əlaqələrinin bu pisliklərdən təsirlənməsinə imkan verməyəcəyini” bildirib.

Qətər hökumətinin yüksək rütbəli rəsmilərinin İsrail və ABŞ-ın hücumlarını pisləyən mövqeyini təqdir edən Erakçi, Qətərin bölgədə gərginliyin artmasının qarşısının alınmasında oynadığı rol və konstruktiv səyləri də yüksək qiymətləndirib.

Qətərin baş naziri və xarici işlər naziri Əl Tani də ölkəsinin regional təhlükəsizlik və sabitliyin qorunmasında konstruktiv rol oynamaq əzmində olduğunu vurğulayıb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600