Dünya

İrəvanda 4 uşağı olanlar nəqliyyatdan pulsuz istifadə edəcək – Paşinyan

13 Fevral 2025, 14:2055
Reklam728x90
Reklam320x100

“Əslində mən ictimai nəqliyyatda pulsuz gedə bilərmişəm, amma bunu bilmirdim və dünən avtobusa minərkən yolpulunu ödədim, bilet alanda da əbəs yerə də əziyyət çəkdim”.

Avropa .info xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan fevralın 13-də Ermənistan hökumətinin iclasında bildirib.

O, zarafatla deyib ki, hətta dörd uşaq atası kimi güzəşt kartı üçün müraciət də edə bilər.

Paşinyan əmin edib ki, dörd uşağı olan şəxslər İrəvan ictimai nəqliyyatında pulsuz gedə edə bilərlər. Baş nazir izah edib ki, uşaqların böyük və kiçik olmasına fərq qoyulmadan paytaxt Ağsaqqallar Şurasının qərarı dörddən çox uşağı olan bütün vətəndaşlara şamil edilir.

“Əgər vətəndaşın dörd uşağı varsa, onlar üçün gediş pulsuzdur. Dünən oxudum ki, İrəvan meriyası belə bir qərar verib: uşaqların azyaşlı və ya böyük olmasının fərqi yoxdur”, – Paşinyan bildirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600