Hadisə

İmişlidə 30 yaşlı gənc bıçaqlanaraq öldürülüb

18 Yanvar 2025, 12:5316
Reklam728x90
Reklam320x100

İmişli rayonunda qətl hadisəsi törədilib.

Avropa .info-nun bölgə bürosundan verilən xəbərə görə hadisə rayonun Sarxanlı kəndində qeydə alınıb.

Belə ki, 30 yaşlı Vüsal Allahverdiyev kənd ərazisində olan kafedə bıçaqlanaraq öldürülüb. O, boğazından aldığı xəsarətdən vəfat edib.

Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini 20 yaşlı Fərid Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Qeyd edək ki, Fərid Lənkəran Dövlət Universitetinin II kurs tələbəsidir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600