Dünya

HƏMAS: Qəzzada humanitar böhran həll olunarsa və yardım çatdırılarsa, atəşkəs danışıqlarında iştirak etməyə hazırıq

1 Avqust 2025, 07:5536
Reklam728x90
Reklam320x100

HƏMAS bəyan edib ki, Qəzzada ağır humanitar böhrana son qoyularsa və ehtiyacı olanlara yardım çatdırılarsa, atəşkəs razılaşması üçün danışıqlara dərhal qoşulmağa hazırdır.

Avropa.info-nun məlumatına görə Həmas yazılı açıqlama yayaraq, aclıq və qıtlıq mühitində danışıqların davam etdirilməsinin mənasını və məqsədini itirdiyinə dair xəbərdarlıq edərək, “Qəzzada ehtiyacı olanlara yardım çatarsa və dərinləşən humanitar böhran və qıtlığa son qoyularsa, dərhal danışıqlara yenidən qoşulmağa hazırıq” dedi.

Bəyanatda beynəlxalq ictimaiyyət və bütün əlaqədar tərəflər İsrailin Qəzzada törətdiyi qətliamın dayandırılması üçün təcili tədbirlər görməyə,  Qəzza zolağının hər yerində ehtiyacı olanlara dərhal və heç bir məhdudiyyət olmadan ərzaq  yardımı  çatdırmağa  və bu yardımın təhlükəsizliyini təmin etməyə çağırıb.

HƏMAS dəfələrlə atəşkəs və hücumlara son qoyulması ilə bağlı razılığa gəlmək üçün ciddi danışıqlar apardığını vurğulayıb.

Bununla belə,   Baş nazir Binyamin  Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti  razılığın əldə olunmasına maneələr yaratmağa davam edir.

Bildirilir ki, bu mövqe müharibənin sona çatmasına qarşı çıxan və Qəzzanın yenidən işğalını və xalqın məcburi  köçkünlüyünü müdafiə edən  ifrat sağçı koalisiya tərəfdaşlarının təzyiqindən təsirlənir .

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü il tarixində başlayan hücumlardan sonra qida çatışmazlığı və aclıqdan ölən fələstinlilərin sayı 91-i uşaq olmaqla, ən azı 160-a yüksəlib.

Yerli mənbələr İsrailin 5 aydan artıqdır ki, sərhəd qapılarını bağlı saxladığını,  uşaq qidası, dərman və əsas qida məhsullarının ölkəyə girişinin qarşısını aldığını  bildirir .

Birləşmiş Millətlər Təşkilatının  Ümumdünya Ərzaq Proqramı (ÜƏP) iyulun 29-da Qəzzada hər üç nəfərdən birinin günlərdir heç bir şey yemədiyini bildirərək, bölgədə aclığın “ən pis ssenarisi”nin yaşandığını bildirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600