Dünya

“HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım”-Benyamin Netanyahu

20 Aprel 2025, 11:3874
Reklam728x90
Reklam320x100

İsrail Qəzza zolağında əsir götürülmüş şəxslərin azad edilməsi barədə razılaşmanı rədd edən Fələstinin radikal HƏMAS hərəkatına qarşı hərbi təzyiqi artırmağı planlaşdırır.

Avropa.info TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına ünvanladığı çıxışında bildirib.

“İsrail Müdafiə Ordusuna sərt tədbirlər görməyi və HƏMAS-a qarşı təzyiqi daha da artırmağı tapşırdım”, – deyə Netanyahu vurğulayıb.

O, həmçinin İsrailin HƏMAS-ın Qəzza zolağında hakimiyyətdə qalmasına icazə verməyəcəyini əlavə edib.

“Qəzzada HƏMAS-ı məhv edənə, bütün girovlarımızı qaytarana və Qəzza zolağının artıq İsrail üçün təhlükə yaratmayacağına əmin olana qədər müharibəni bitirməyəcəyik”, – Baş nazir bildirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600