Hadisə

Gürcüstanın Bolnisi şəhərində oteldə Azərbaycanli vəfat edib

3 Fevral 2025, 10:077
Reklam728x90
Reklam320x100

Səhər saatlarında Gürcüstanın Bolnisi şəhərində yerləşən “Bolnisi” hotelində Azərbaycan vətəndaşı dünyasını dəyişib

Avropa.info regionpress.ge-yə istinadən xəbər verir ki, şəxsin vəziyyəti gecə saatlarında pisləşib.

Səhər saatlarında təcili tibbi yardım hadisə yerinə gəlib və onun həyatını xilas etmək üçün bütün zəruri tədbirləri həyata keçirib. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Onun Gürcüstanda sənədsiz əmək fəaliyyəti göstərdiyi bildirilib. Hadisənin səbəbləri hələlik məlum deyil. Dünyasını dəyişən şəxsin bədənində hər hansı zorakılıq əlamətləri qeydə alınmayıb.

Qeyd olunur ki, mərhumun bir azyaşlı övladı var.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600