Hadisə

Güclü külək ölumlə nəticələndi

3 May 2025, 13:4347
Reklam728x90
Reklam320x100

Sumqayıt şəhərində güclü külək ölümə səbəb olub.

Avropa.info xəbər verir ki, hadisə ötən gün Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “İdeal” kərpic zavodunun həyətində baş verib.

Küləyin təsirindən zavodun hasarı “KamAZ” markalı yük avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində sükan arxasında olan 45 yaşlı Xızı rayon sakini Natiq Xankərəm oğlu Haqverdiyev ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırmalar aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600