Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Avrop.info xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, KIA və VAZ-2106 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Zərbənin təsirindən yaralılar avtomobillərdə sıxılı vəziyyətdə qalıblar. Onlar ətrafdakı insanların köməyi ilə avtomobillərdən çıxarılıb.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Göyçayda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfərdən ikisi həyatını itirib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.































