Dünya

Fransada Ukrayna ilə bağlı fövqəladə sammit başlayır

17 Fevral 2025, 22:4546
Reklam728x90
Reklam320x100

Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi ilə Avropanın aparıcı liderlərinin iştirakı ilə Ukrayna ilə bağlı fövqəladə təhlükəsizlik sammiti başlayıb.

Avropa.info xəbər verir ki, Paytaxt Parisdəki Yelisey sarayında başlayan  Ukrayna  ilə bağlı qeyri-rəsmi təhlükəsizlik sammitində  Almaniya  kansleri Olaf Şolz,  İngiltərə  baş naziri Keir Starmer,  İtaliyanın  baş naziri Giorgia Meloni,  Polşanın  baş naziri Donald Tusk,  İspaniyanın  baş naziri Pedro Sançes,  Hollandiya  baş naziri Dik Schoof və  Danimarka  baş naziri Mette Frederiksen iştirak edib.

Sammitdə  həmçinin Avropa İttifaqı  (Aİ) Şurasının sədri Antonio Kosta,  Aİ  Komissiyasının sədri Ursula fon der Leyen və  NATO-nun  baş katibi  Mark Rutte  iştirak ediblər .

Prezident Makron və ABŞ prezidenti Donald Trampın sammitdən bir müddət əvvəl  telefonla danışdığı mətbuata bildirilsə də  , Yelisey Sarayından hələlik görüşlə bağlı açıqlama verilməyib.

Rusiya  və ABŞ arasında Ukraynada sülhün əldə edilməsinə dair diplomatik danışıqların artdığı bir vaxtda Avropa dövlətləri “Ukraynada sülhün Avropasız əldə oluna bilməyəcəyini” iddia edirlər.

Bu kontekstdə Parisdə Avropanın aparıcı dövlətlərinin iştirakı ilə təhlükəsizlik sammiti keçirilir.

Digər tərəfdən, ABŞ və Rusiyanın yüksək səviyyəli rəsmilərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı sabah Səudiyyə Ərəbistanında görüşəcəyi bildirilib.

ABŞ prezidenti  Donald Tramp  Rusiya prezidenti Vladimir Putinlə “çox yaxında” görüşəcəyini bildirib və Rusiya-Ukrayna müharibəsini dayandırmaq istədiklərini əlavə edib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600