Dünya

Fransada partlayış olan bar Türklərə məxsus olub

13 Fevral 2025, 14:4242
Reklam728x90
Reklam320x100

Fransanın cənubundakı Qrenobl şəhərindəki Olimpiya kəndində bir şəxs türklərə məxsus “Akşehir” bar-restoranına qumbara atıb.

Avropa .info xəbər verir ki, bu barədə informasiyanı İci radostansiyası yerli hakimiyyət orqanlarına istinadən yayıb.

Mənbə qeyd edir ki, insident zamanı 12 nəfər yaralanıb.

Yaralananlardan birinin vəziyyəti kritik, ikisinin vəziyyəti ağırdır.

Tours de Coucy şəhər prokurorluğu qumbara atan şəxsin Kalaşnikov avtomatı olduğunu, lakin ondan istifadə etmədiyini bildirib. Versiyalardan birinə görə, prokurorluq cinayətin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ola biləcəyini qeyd edib.

Həmin şəxs barəsində axtarış elan edilib.

Bar-restoranda bütün pəncərələr sındırılıb. Hadisə yerində 80 yanğınsöndürən işləyir. Şəhər rəhbərliyi hadisəni “zorakılıq” adlandırıb

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600