İyul ayı Fransada ən isti ay kimi qeydə alınıb və orta temperatur 24 dərəcəni keçib.
Meteorologiya agentliyinin verdiyi açıqlamada, ölkə 1990-cı ildə temperatur qeydlərinin tutulmağa başlamasından bəri ən isti iyul ayını yaşadı.
Avropa.info xəbər verir ki, Meteo-Fransa iyul ayında orta temperaturun 24,9 dərəcə olduğunu açıqlayıb.
Fransada əvvəlki orta temperatur rekordları 2003-cü ilin avqustunda 24,8 dərəcə, 2006-cı ilin iyulunda isə 24,4 dərəcə olub.
Bundan əlavə, Fransada 70 faiz yağış kəsiri ilə iyul tarixi ən quraq iyul ayı olub.
Mütəxəssislər bildirirlər ki, temperatur və quraqlığın rekord həddə yüksəlməsi meşə yanğınları riskini artırır.
Tarixinin ən böyük yanğın mövsümünü yaşayan Fransada bu il 117 min hektar ərazi yanaraq kül olub.






























