Dünya

Federal hakim Con Kofinur prezident fərmanının icrasını müvəqqəti dayandırıb

24 Yanvar 2025, 08:304
Reklam728x90
Reklam320x100

ABŞ-nin Vaşinqton ştatının dairə məhkəməsi Prezidenti Donald Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını bloklayıb.

Avropa .info xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Sietl şəhərindəki federal hakim Con Kofinur prezident fərmanının icrasını müvəqqəti dayandırıb.

“Mən 40 ildən çoxdur ki, hakiməm və bu cür açıq-aşkar qanunazidd sərəncamın olduğunu heç vaxt görməmişdim”, – mənbə hakimdən sitat gətirib.

Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti kimi fəaliyyətə başlayan Tramp həmin gün axşam ABŞ vətəndaşlığının doğum hüququ ilə verilməsini məhdudlaşdıran sərəncam imzalayıb. Sərəncam fevralın 19-dan qüvvəyə minməli idi.

Lakin ertəsi gün 22 ştatın səlahiyyətliləri Trampın fərmanına etiraz etmək üçün Amerika məhkəmələrinə müraciət ediblər

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600