Hadisə

Əhmədli qəsəbəsində iki mərtəbəli ev yandi -Video

13 Fevral 2025, 15:4533
Reklam728x90
Reklam320x100

Xətai rayonunda yanğın baş verib.

Avropa.info  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Əhmədli qəsəbəsi Mirzə Davud küçəsində yerləşən evdə açıq alovla müşahidə edilən yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, ərazidə təhlükəsizlik tədbirləri görülüb: “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600