Hadisə

Daşkəsəndə şəhid atası itkin düşüb

5 May 2025, 10:0464
Reklam728x90
Reklam320x100

Daşkəsəndə şəhid atası meşədə itkin düşüb.

Avropa.info xəbər verir ki, rayonun Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, şəhid atası, 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlu dünən  saat 17:00 radələrində  kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə  qayıtmayıb.

Bildirilib ki, o, son olaraq dünən axşam saatlarında qızı ilə əlaqə saxlayıb və evə gələcəyini deyib. Lakin daha sonra K.Abdullayevdən xəbər almaq mümkün olmayıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, hazırda K.Abdullayevin yerinin müəyyən edilərək tapılması istiqamətində polis tərəfindən tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır.

Fotoda şəhid Şəhriyar Abdullayev

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600